
“APA-Economics”in “Uralvaqonzavod”un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı birgə əməkdaşlığın müxtəlif sahələr üzrə davam etdirilməsi müzakirə olunub.
Danışıqlar zamanı həmçinin Rusiya şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin təmin olunacağı yük vaqonlarının sayı müəyyənləşdirilib.
Şirkətin “Azərbaycan Dəmir Yolları” QSC-yə verəcəyi vaqonlar taxıl, sement, neft və neft məhsulları və s. daşınması üçün nəzərdə tutulub.
Danışıqların yekununda Rusiya tərəfinin “Azərbaycan Dəmir Yolları” QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)