Türkiyə səfirliyinin sürücüsü Oktay Aras saxlanıldı

IMG-20150311-WA0004Ondan 30 min dollarlıq  siqaret  müsadirə olundu

 Qafqaz Xəbər  Agentliyinə daxil olan məlumata görə, mart  ayının 7-də  qonşu  Gürcüstandan ölkəmizə “Qırmızı körpü”   vasitəsilə  qardaş  Türkiyənin səfirliyinə məxsus  “Mercedes” markalı avtomobil sərhəddi keçərkən saxlanılıb. Avtomobilin sükanı arxasında səfirliyin sürücüsü  Oktay Aras  olub.

Gömrükçülərdə şübhə doğuran bu şəxsin idarə etdiyi avtomobildən 30 min dollar dəyərində siqaret aşkar olunub. Gömrük  bəyannaməsi olmayan, yəni  qaçaqmal yolu ilə keçirilən siqaret  Tovuz  Gömrük idarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Dövlət Gömrük  Komitəsinin istintaq idarəsinə təhvil verilib.

Faktla bağlı istintaq araşdırması aparılır.

Məlumat üçün  bildirək ki, mal keçirən şəxsdə gömrük bəyannaməsi olmadan  4 min manatdan yuxarı mal aşkar olunarsa,  AR  CM-nin  206.3.2 maddəsi ilə cinayət işi qaldırılır.

Redaksiyamıza daxil olan məlumata görə  Oktay Aras Türkiyə səfirliyində həyat yoldaşı ilə birgə çalışır  və bu olay ilk dəfə deyil. Səfirliyin sürücüsü  bir neçə dəfə belə əməllərə görə saxlanılsa da  sonradan məsuliyyətdən qurtara bilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR