Mərkəzi Bankdan kreditlərlə bağlı QƏRAR

Dəyişikliklər martın 7-dən qüvvəyə minib
Azərbaycan Mərkəzi Bankı (AMB) restrukturizasiya olunmuş aktivlərin təsnifatını dəyişib.

Qafqaznews.az-ın Trend-ə istinadən məlumatına görə, AMB-nin sədri Elman Rüstəmov “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na müvafiq dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.

Restrukturizasiya olunmuş aktiv – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir.

Gecikmə günləri 0-30 gün 31-90 gün 91-180 gün 181-270 gün 270 gündən artıq
Keyfiyyət meyarları
Yüksək Qənaətbəxş Nəzarət

altında olan

Qeyri-qənaətbəxş Təhlükəli Ümidsiz
Orta Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəlo Ümidsiz Ümidsiz
Aşağı Qeyri-

qənaətbəxş

Təhlükəli Ümidsiz Ümidsiz Ümidsiz

Dəyişikliklər martın 7-dən qüvvəyə minib. Azərbaycanda 45 bank fəaliyyət göstərir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR