İŞİD-çilər silahlarını ataraq qaçır

76583Tikrit şəhərinin əksər hissəsi İraq ordusunun nəzarəti altındadır

İraq ordusu İran qoşunlarının da dəstəyi ilə İŞİD-in üzərinə doğru hərəkət etdikcə İŞİD silahlıları mövqelərini tərk edərək qaçırlar.

ANS PRESS-in məlumatına görə, ordu qüvvələri Tikritin mərkəzinə hücum etməyə hazırlaşır. Lakin İŞİD tərəfindən tərk olunan yerlər, yolların minalanmış olması və pusqu təhlükəsi qoşunların hərəkət sürətini zəiflədib. İraq ordusu ehtiyatı əldən vermək istəmir. Hərbi rəhbərlik Tikrit şəhərində cəmi 100-ə yaxın silahlının qaldığını bildirib. Şəhərin əksər hissəsi artıq İraq ordusunun nəzarəti altındadır.

Digər tərəfdən isə, İŞİD-in, əsasən, Nigeriyada fəal olan Boko Haram qruplaşması ilə əməkdaşlığı rəsmiləşib. İŞİD fəalları tərəfindən yayımlanan audio-müraciətdə Boko Haram qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin adından danışan şəxs İŞİD-lə birləşməyə and içib.

Audio-müraciətdə bildirilir ki, Boko Haram xilafətin, eyni zamanda, qərbi Afrikada yayılmasına çalışacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR