Təyyarədə gülməli anlar (VİDEO)

54882Pilot 2.5 saatlıq səyahət müddətində pilot fasiləsiz danışıb

Türkiyənin İstanbul şəhərindən Fransanın Kann şəhərinə uçan təyyarənin sərnişinləri əyləncəli anlar yaşayıb. ANS PESS-in məlumatına görə, təyyarənin pilotu istefada olan polkovnik Orxan Tamer qeyri-adi anonsları ilə sərnişinləri xeyli güldürüb.

Əslən Qaradəniz bölgəsindən olan pilotun özünəməxsus anonsları sərnişinlər tərəfindən rəğbətlə qarşılanıb. 2.5 saatlıq səyahət müddətində pilotun fasiləsiz danışması sərnişinlərin həm daıxmağa qoymayıb, həm də təəccübünə səbəb olub.

Orxan Tamer məqsədinin sərnişinləri gərginlikdən qurtarmaq olduğunu bildirib.

“Biz pilotlar bu cür anonslarla uçduğumuzu anlayırıq və bu vəziyyət bizim xoşumuza gəlir. Aviasiya mühitində bu tərzdə müsabiqə keçirilsə birinciliyə namizədəm. Məqsədim sərnişinləri sıxıntılı havadan çıxarıb şən hava ilə uçacaqları yerə çatdırmaqdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR