Bakının bu binaları söküləcək (ÜNVAN, FOTO)

85956Hüseyn Cavid parkının ətrafında yerləşən yollardan biri dörd hərəkət zolağına uyğun yenidən qurulur

Yaxın vaxtlarda Bakının Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsinin Haqverdiyev küçəsilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsinin 4 hərəkət zolağına uyğun yenidən qurulması gözlənilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, hazırda tikinti altına düşən maneələr (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) barədə məlumatların toplanılmasına başlanılıb.

Sözügedən yolun salınması ilə bağlı “Azəryolservis” ASC aidiyyatı qurumlardan cəmiyyət ilə razılaşdırmadan həmin ərazidə həyata keçirilən bütün növ tikinti işlərinin dayandırılmasını xahiş edir.

d66f649fea85 0b31c500d4d8 3efcb450410b 7ee59d4c2394 316d0963c6fe

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR