Facebook TheFind axtarış sistemini aldı

img1766085Facebook şirkəti TheFind şopinq axtarış sistemini alıb. Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” yayıb.
Sövdələşmənin şərtləri açıqlanmır. Müqavilənin yaxın həftələr ərzində imzalanacağı gözlənilir.
TheFind bağlanacaq, onun əməkdaşlarının bir hissəsi Facebook-da işlə təmin ediləcək. Yaxın mağazalarda lazım olan malları tapmaqda kömək edən axtarış sistemi Facebook-a əlavə ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR