RAHAT supermarketlər şəbəkəsinə beynəlxalq mükafat təqdim olundu-FOTO,VİDEO

1Bakıda12 -ci “CASPİAN ENERGY AWARD-2015” beynəlxalq konfransı keçirilib. Burda bir çox layihələrin müzakirəsi, qonaqlar tərəfindən maraqlı çıxışlar və sonda mükafatlandırma mərasimi oldu. 12 -ci “CASPİAN ENERGY AWARD-2015″ beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimində  bizi sevindirən ən maraqlı məqam  supermarketlərin də bu siyahıya əlavə olunması  və ən əsası mükafatçılar arasında supermarketlərin olması oldu.  12 -ci “CASPİAN ENERGY AWARD-2015″ beynəlxalq mükafatına supermarketlərdən “ANC Group”-a daxil olan Rahat Supermarketlər şəbəkəsi  layiq görüldü.
Bu mükafat hər il neft və qeyri -neft sektorunda seçilən şirkətlərə təqdim olunur. Rahat market il boyunca ən çox hədiyyələr, endirimlər təşkil edən, daim müştərilərini öndə tutan supermarket şəbəkəsi olaraq seçildi və mükafata layiq görüldü. Mükafat “ANC Group”un Direktoru Cəlal Babakişiyevə təqdim olundu. Cəlal Babakişiyev  öz nitqində “mükafata görə hər zaman bizi dəyərləndirən müştərilərimizə təşəkkür edirik” dedi.

Supermarketinq.com

231

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR