Ulduz futbolçu Fransanı təhqir etdi

Paris Saint-Germain FC v FC Dynamo Kiev - UEFA Champions LeagueZlatan İbrahimoviçin sözləri Fransanı ayağa qaldırıb

Ulduz futbolçu Zlatan İbrahimoviçin sözləri Fransanı ayağa qaldırıb.

ANS PRESS-in məlumatına görə, PSJ forması geyən təcrübəli futbolçu oyundan sonra əsəblərini cilovlaya bilməyib. “Bordo” ilə oyundan 3:2 hesabı ilə məğlub ayrılan PSJ-də isveçli ulduzun hərəkətləri böyük reaksiyaya səbəb olub.

Oyundan sonra 4-cü hakimi tənqid edən futbolçu kameraların onu çəkdiyindən xəbərsiz olub. İbrahimoviç bir az da irəliyə gedərək Fransanı təhqir edib və bu ölkənin PSJ-yə layiq olmadığı bildirib.

“15 illik futbol karyeramda bu ölkədəki kimi müvəffəqiyyətsiz bir hakim görmədim. PSJ bu ölkədə olmamalıdır. Biz bu ölkə üçün çox yaxşıyıq”, – deyə futbolçu söyləyib.

Futbolçunun təhqirlərini ekran qarşısından canlı olaraq izləyən idman şərhçiləri də İbrahimoviçi tənqid ediblər. Hətta Fransa idman naziri Patrik Kanner də bu məsələyə münasibət bildirib: “İbrahimoviçin üzüntüsü hakimə və onu qonaq edən ölkəyə təhqir etməsinə haqq qazandırmaz. Ulduz futbolçunun Fransadan üzr istəməsi lazımdır”, – deyə nazir vurğulayıb.

Artan tənqidlərdən sonra futbolçu PSJ-nin rəsmi saytından üzr istəyib. O bildirib ki, sözləri yanlış anlaşılıb: “Mənim sözlərim nə Fransa, nə də Fransa xalqına istiqamətlidir. Mən, yalnız futboldan bəhs etdim. Bir matçda məğlum olduğunu qəbul edirəm. Amma hakimin qaydaları yerinə yetirməməsini qəbul etmirəm. Bu cür hadisələr ilk dəfə deyil. Matçdan sonra oyunun stress ilə istəmədən bəzi ifadələr işlətdim. Hər kəsdən üzr istəyirəm”, – deyə İbrahimoviç söyləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR