Çeçenlər azərbaycanlı “xeyriyyəçi”ni axtarır -A N O N S

123 copyMoskvadakı banklardan birinə 150 milyon dollar “atan” kimdir?

Qafqaz Xəbər Agentliyinin elektron poçtuna çox maraqlı və sensasion məlumat daxil olub. Adının çəkilməsini istəməyən mötəbər mənbənin məlumatına görə bir neçə aydır Moskvada yaşayan çeçenlər azərbaycanlı biznesmeni axtarır. Mənbə bildirir ki, özünü xeyriyyəçi-messenant kimi reklam edən həmin biznesmen Moskva şəhərindəki çeçenlərin nəzarətində olan banklardan birinə 150 milyon dollar pul “ataraq” aradan çıxıb. Belə ki, xeyriyyəçi-biznesmen Moskva şəhərindəki meyvə-tərəvəz bazasını ( ovoşbaza) girov qoyaraq həmin bankdan kreditə 150 milyon dollar pul götürüb. Və bu günədək krediti qaytarmır. Mənbə onu da bildirir ki, həmin banka çeçenlər nəzarət etsə də, bank Rusiya hakimiyyətindəki ən yuxarı şəxslərdən birinə məxsusdur.
Ən maraqlısı odur ki, mənbənin bildrdiyinə görə azərbaycanlı xeyriyyəçi-biznesmen götürdüyü 150 milyon dolları Afrikada brilliant emalına yönəldib. Cənub bölgəsindən olan həmin xeyriyyəçi bu yaxınlarda Bakıda dəyəri on milyonlarla ölçülən müxtəlif “obyekt”lər alıb. Məlumat üçün onu da bildirək ki, son illərdə Azərbaycandan brilliant biznesi üçün Afrikaya gedən biznesmenlərin və məmurların sayı artıb. Özünü xeyriyyəçi hesab edən biznesmenin adı bizə məlum olsa da müəyyən səbəbdən açıqlamırıq. Ümumiyyətlə, “Afrika mövzusu”nda araşdırmalarımız davam edir.
Bizi izləyin.
Sənan Məmmədli
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR