Ötən gün 76 cinayət faktı qeydə alınıb

Avqustun 29-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 76 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənGün.Az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 14 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 33 nəfər tutulub.

W1siZiIsIjIxNDIwMy8xNDA5MzkzNjYxQEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR