Döyülən rektor qızının rəfiqəsi şok faktlar açıqladı -(FOTO,VİDEO, Yenilənib)

img1767707 Qafqaz Xəbər Agentliyi  xəbər verir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva onu döyənlərdən əvvəlcə şikayətçi olmasa da indi qərar dəyişdirib. Bunu Hafta.az-a Ü.İsayevanın yaxın rəfiqəsi bildirib. Adının çəkilməsini istəməyən xanım daha maraqlı faktlar açıqladı: “Həmin gün Ulya 8 martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər. Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ulkər ilə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, “özündən tez çıxan” olduğunu bilənlər çoxdu. Onların kimin oğlu olmasını da hamı yaxşı bilir. Muxtar Şirinoviçin adı Bakıda çox məşhurdur. Zaurgil imkanlı adamlardı. Bakının bütün gecə klublarında onları yaxşı tanıyırlar. Ulkər onunla münasibətdə olduğunu heç kimdən gizlətmirdi onsuz da. Gecələr şəkillər çəkdirib rahatca instraqama qoyurdu. Onlarla birlikdə olduğunu hamıya nümayiş etdirmək istəyirdi. Çünki çoxlarının Zaur və Elindən necə qorxduğunu yaxşı bilirdi. İndi isə instraqram səhifəsini bağlayıb”. Ü.İsayevanın rəfiqəsi onu da bildirir ki, indi vəziyyət bir qədər dəyişib. Belə ki, döyülən qız əvvəlcə Zaur və Elin Məmmədovlardan şikayətçi olmasa da hazırda atasının təzyiqi ilə qərar dəyişdirməli olub: “Mən Ulkərlə danışdım. Bu gün vəziyyət tam dəyişə bilər. Evdən ona təzyiq edirlər ki, şikayətçi olsun. Çünki bu məsələnin üstü artıq açılıb. Çox istəyirdilər ki, bu xəbəri heç kim bilməsin və sakitcə həll edilsin. Lakin gizli kamera çəkilişinin olmasından məlumatsız idilər. Ulkərə hər iki təfdən ciddi təzyiqlər var. Amma artıq gecdir, yəqin ki şikayətçi olacaq. Onu da deyim ki, hər admın “duxu” çatmaz Zaurgildən şikayətçi olmağa. Bakıda onların qarşısına hər oğul çıxa bilmir. Çox əliaçıqdırlar, cəsarətlidirlər, lakin onların bir qadın döyməsi məni də şoka saldı”. Həmsöhbətimiz bildirir ki, rəfiqəsi qızının bu məsələlərdən təsirlənməsindən, ən çox da atasının nüfuzuna zərər dəyməsindən çox narahatdır. Elə ona görə də sosial şəbəkələrdən uzaq qaçmağa çalışır: “Tanımadığı heç bir nömrəni açmır. Bəyaqdan hamı məni yığır. Cavab verməkdən artıq yorulmuşam”. Qeyd edək ki, Ülkər İsayeva əvvəlcə evli olub. Onun azyaşlı qızı da var. Əri Aydın Əhmədzadədən boşanmasının üstündən isə heç 1 il keçməyib. Onlar 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıblar. Yayılıan məlumatlarda bildirilir ki, Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Dıyənlərin Məmmədov Zaur Muxtar oğlu və Məmmədov Elin Muxtar oğlu olduğu bildirilir. Qardaşlar əvvəlcə saxlanılsa da sonradan Xətai rayon məhkəməsi tərəfindən azad ediliblər. Bakı şəhər Prokurorluğu isə artıq Ülkər İsayevanın döyülməsi faktı ilə bağlı Xətai rayon məhkəməsinin qərarından protest verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakı şəhər Prokurorluğu Xətai rayon məhkəməsinin qeyd edilən qərarından apelyasiya protesti verib. Həmin protestə bu gün saat 17:00-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq


 

d064daceec0f (1) 1426586380_rek1 ulker1 img1768066 img1768066 IMG_44541 a6f1f1a90666 12 11 10 9 7 6 5 4af0dd3c2cca 4 1 (3) 1 (2) 1 (1) axar.az14265786693

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR