Mərkəzi Bank sədri manatın məzənnəsindən danışdı

скачанные файлы (1)“Bu proseslərə reaksiya verməliyik”.

2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin iki dəfədən çox ucuzlaşması yeni bir fenomendir.

 Qafqaznews.az  xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri  Elman Rüstəmov  deyib.

AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb:

“Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.

E.Rüstəmov deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur:

“Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR