Rüşvət cinayətləri 61 faiz azalıb – Rəsmi

Bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə rüşvət cinayətləri 61 faiz azalıb.

Gün.Az-ın Daxili İşlər Nazirliyinin məlumatına əsasən verdiyi xəbərə görə, bu müddətdə qanunsuz sahibkarlıq cinayətlərində 34,3 faiz, insan alveri ilə bağlı və torpaq üzərində mülkiyyət hüququnu pozma cinayətlərində 24 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdə 15,6 faiz, xuliqanlıq cinayətlərində isə 9,6 faiz azalma müşahidə edilib.W1siZiIsIjIxMzgwNi8xNDA5MTMyMDMwQEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ

Qeyd edək ki,  bu ilin yanvar-iyul ayları ərzində ölkədə 12 min 231 cinayət faktı qeydə alınıb. Qeydə alınmış cinayətlərin 56,8 faizi az ağır, 30,7 faizi böyük ixtimai təhlükə törətməyən, 12,5 faizi ağır və xüsusilə ağır cinayətlərə aid olub.

Qeydə alınmış cinayətlərin 133-ü qəsdən adam öldürmə və öldürməyə cəhd, 183-ü qəsdən sağlamlığa ağır zərər vurma, 11-i işgəncə vermə, 16-sı adam oğurluğu cinayətlərinə aid olub. 104 cinayət hadisəsi xarici ölkələrin, onların 18-i MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR