Əməkdaşımız hələ də “Baku Electronics”dən xəbər gözləyir

680883_42652Bir müddət əvvəl saytımızda “Baku Electronics” öz alıcılarını aldadır?”, “ Baku Electronics” şirkətinin yalan(lar)ı” başlıqlı məqalələr dərc olunmuşdu. Qısa xatırlatma üçün bildirək ki, saytımızın əməkdaşı Araz Məmmədov fevral ayının 15-də “Baku Electronics” şirkətinin saytında bir reklamla rastlaşıb: “ Reklamda bildirilirdi ki, ilkin ödənişsiz, faizsiz, 15 aylıq kreditlə yalnız onlayn üsulla müxtəlif avadanlıqlar kreditə verilir. Reklamdakı şərtlər məni qane elədiyi üçün mobil telefon sifariş vermək qərarına gəldim. Saytdakı şərtlərdə göstərilirdi ki, Samsung G530 Galaxy Grand Prime Dual markalı telefonun qiyməti 199 manatdır və onu onlayn kreditlə sifariş verdikdə aylıq 13 manat ödəməklə almaq olar. Mən də bu telefonu almaq üçün sifariş verdim. Növbəti gün fevralın 16-da “Baku Electronics” şirkətinin əməkdaşı mənimlə əlaqə saxlayaraq sifarişi təsdiqləməyimi soruşdu. Mən təsdiqlədikdən sonra şirkətin əməkdaşı bildirdi ki, gün ərzində, ya da sabah sizinlə kredit mütəxəssisi əlaqə saxlayacaq”. Onunla heç kimin əlaqə saxlamadığını görən əməkdaşımız özü şirkətlə əlaqə saxlamağa məcbur olub. Şirkətdən bildiriblər ki, narahat olmayın kredit şöbəsi sizinlə əlaqə saxlayacaq. Amma yenə əlaqə saxlayan olmayıb.

Əməkdaşımız yenidən məcbur olub ki, məsələnin axırına çıxsın. Bu dəfə şirkətin Əli Yusifov ad-soyadlı işçisi əməkdaşımıza bildirib ki, sizin sifariş etdiyiniz telefon üçün ilkin ödəniş olaraq 9 manat komisyon haqqı (hansıki reklamda komisyon haqqı yox idi ) və aylıq ödəniş isə 14 manatdır ( reklamda isə 13 manat yazılmışdı ) və son ay üçün 3 manat ödəyəcəksiniz. Yəni şirkət reklamda göstəriləndən fərqli şərtlər irəli sürüb. Reklam şərtlərinin alıcının ziyanına pozulmasına baxmayaraq əməkdaşımız yenə də razılaşıb. Və Əli Yusifov əməkdaşımızdan şəxsiyyət vəsiqəsinin elektron versiyasını və Bakıda yaşayan qohumlardan 3 nəfərin şəhər telefonunun nömrəsini göndərməyi tələb edib. Hansıki reklam şərtlərində bunların heç biri yoxdur.Qafqaz Xəbər Agentliyi bildirir ki, əməkdaşımız tələb olunanları göndərəndən sonra yenidən əlaqə saxlayıb və ona bildiriblər ki, şəxsiyyət vəsiqən üstündə olsun telefon sənə çatdırılacaq.

Ancaq yenə Qafqaz Xəbər Agentliyinin əməkdaşı ilə heç kim əlaqə saxlamayıb. Yenidən əlaqə saxlamağa məcbur olan əməkdaşımıza Əli Yusifov deyib ki: “ Deyəsən bugünkü vəziyyətdən xəbəriniz yoxdur. Manatın dəyəri düşübdür artıq. Artıq sifarişiniz ləğv olunur… telefonların qiymətində artım var və kampaniya da ləğv olub, artıq faizli kredit veririk”. Əməkdaşımız sifarişi bir həftə əvvəl verdiyini, telefonun bu gün ona çatdırılmalı olduğunu deyəndə, şirkətin işçisi bildirib ki, rəhbərlik belə əmr verib, siz rəhbərliklə əlaqə saxlayın. Saytımızın əməkdaşı dəfələrlə şirkətin Günay adlı, Nərmin adlı işçiləri ilə əlaqə saxlasa da heç kim onu rəhbərliklə əlaqələndirməyib, işçilər deyib ki: “sizi rəhbərliklə əlaqələndirməyə icazəmiz yoxdu”. Nəhayət şirkətin Nigar adlı işçisi əməkdaşımıza bildirib ki: “ Kampaniya müvəqqəti dayandırılıb, telefonun yeni qiyməti isə 249 manatdır, əgər istəsəniz bu şərtlə qeydə alaraq sifarişinizi qəbul edək”. Əməkdaşımız rəhbərliklə onu calaşdırmağı tələb edəndə şirkətin operatorları (Nərmin, Günay, Marina) və kredit mütəxəssisi (Əli) bildiriblər ki, “sizi rəhbərliklə əlaqəlndirməyə icazəmiz yoxdur” sizin şikayətinizi özümüz rəhbərliyə çatdıracağıq və 3 gün müddətində sizə məlumat verəcəyik. Əməkdaşımız xeyli gözləsə də onunla əlaqə saxlayan olmur. Nəhayət fevralın 28-i əməkdaşımız yenidən şirkətlə əlaqə saxlayıb. Şirkətin Yulya adlı əməkdaşı bildirib ki, sizin şikayətinizi rəhbərliyə çatdırcağıq və bu gün ya da həftənin birinci gün yəni martın 2-si sizinlə əlaqə saxlayacaqlar. Bu gün artıq martın 17-sidir. Hələki zəng-zad yoxdur, əməkdaşımız isə gözləməkdən yorulub. Araz Məmmədov düşünür ki, bu qədər süründürməçilikdən sonra hansı vətəndaş “Baku Electronics”-in yalanlarına inanar?

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR