Qafqaz Xəbər Agentliyinin bəyanatı

getImage - копия (3)Qafqaz Xəbər Agentliyi fəaliyyət göstərdiyi az müddətdə ölkə mediasında layiqli yerini tutaraq, geniş oxucu kütləsinin ürəyinə və beyninə yol tapa bilib. Agentliyin tərkibinə daxil olan qafqaznews.az ,qafqaznews.org və legion.az saytları sözün həqiqi mənasında obyektiv və qərəzsiz olmağın nümunəsini ortaya qoyublar. Məhz buna görə də bəzi reket-jurnalistlər bu addan istifadə etmək niyyətinə düşüblər. Həmin reketlər qafqaznews.com adlı sayt yaradaraq Azərbaycanın dövlət xadimlərinin ünvanına böhtan dolu məqalələr dərc edirlər. Təəssüf ki, ictimaiyyət arasında qafqaznews.com-un guya bizim agentliyin tərkib hissəsi olması ilə bağlı informasiya yayılır. Biz bu saytın materialları ilə tanış olmaq üçün cəhd eləsək də heç bir nəticə olmadı. İnternetdə qafqaznews.com adlı sayt tapılmadı. Onda məlumat almaq üçün “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevə, “Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlıya və Media Hüquqlarının Müdafiəsi İnstitutunun rəhbəri Rəşid Hacılıya müraciət elədik. Onlar bizim sualımıza cavab olaraq bildirdilər ki, qafqaznews.com saytı barədə eşitməyiblər. Biz- Qafqaz Xəbər Agentliyinin təsisçisi Mahmud Rasimoğlu, agentliyin baş direktoru Rəşad Rüstəmov və agentliyin baş redaktoru Kamran Məhərrəmli bəyan edirik ki, qafqaznews.com saytının bizə heç bir aidiyyəti yoxdur.

Qafqaz Xəbər Agentliyi 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR