Baş prokurora müraciət vətəndaşa baha başa gəldi-VİDEO

1400333125_1400324750img1298530Müstəntiq Ziya Əliyev məcburi köçkünü qanunsuz olaraq 48 saat saxladı

3 gün öncə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yaşayan kəlbəcərli məcburi köçkün Səttarzadə Anar Rizvan oğlunun Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Ramil Usubova müraciətini yaymışdıq. Müraciətin qısa məzmunu belə idi:
Əslən Kəlbəcər rayonundan olan məcburi köçkün Anar Səttarzadə 18 fevral 2014-cü il tarixdə Səbail rayonu, Xanlar küçəsində komendantı olduğu binanın həyətində iş adamı Hüseyn Hacıyev və onun mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülüb. Aldığı zərbələrdən huşunu itirən Anar ayılandan sonra kənar şəxslərin köməkliyi ilə təcili tibb yardıma, sonra isə məhkəmə-tibb ekspertinə müraciət edib.
Müraciətdə bildirilirdi ki, işi aparan Səbail RPİ-nin baş müstəntiqi Ziya Əliyev iş adamı Hüseyn Hacıyevin və onun “qoçu”larının tərəfini saxlayır, işə obyektiv baxmır, hətta zərərçəkəni təhqir edir, alçaldır, telefonla zəng edərək hədə-qorxu gəlir. 1400333142_1400324764Bezimyanniy_copy

Atası ağır ürək xəstəsi, əlil olan, öz doğma yurdundan didərgin düşən Anar Səttarzadə müraciət edərək baş prokurordan və daxili işlər nazirindən kömək istəyirdi.
Müraciətdən 2 gün sonra, daha dəqiq desək, 17 may 2014-cü il tarixdə baş müstəntiq Ziya Əliyev zərərçəkən Anar Səttarzadəni yanına dəvər edərək onun barəsində şübhəli şəxs qismində 48 saatlıq həbs qəti imkan tədbiri seçib və Anara bildirib ki, baş prokurora və daxili işlər nazirinə müraciət sənə baha başa gələcək, qoy bu başqalarına da dərs olsun.
Maraqlıdır ki, hücum edən, vətəndaşı döyən iş adamı və onun cangüdənləri deyil, zərərçəkən saxlanılır. Həm də dövlət qurumlarına müraciət eləmək nə vaxtdan cinayət hesab olunur, cənab Ziya Əliyev..?
Məsələni gündəmdə saxlayacağıq.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR