Sabah hava necə olacaq?

86609Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək

Martın 24-də Azərbaycanda hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək.

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR