Ağsuda Qaravəlli bələdiyyə sədrinin diplom problemi-Foto

deputat_erestun-aliyev-copy-300x241Zərbalı, yoxsa Hakim Məmmədov?

İlk öncə ondan başlayaq ki, Ağsu rayonu Qaravəlli kənd bələdiyyəsinin sədri Hakim Məmmədov haqqında dövrü mətbuatda müəyyən fasilələrlə yazılar dərc olunur. Yazılanlardan məlum olur ki, Milli Məclisin üzvü, keçmiş “MUM” ticarət mərkəzinin direktoru Ərəstun Cavadovun yaxın qohumu olan Hakim Məmmədov indiyədək saxta diplomla fəaliyyət göstərib. Ümumiyyətlə, kənd sakinləri neçə ildir ki, bələdiyyə sədrinin əməlləri barədə dövlət orqanlarına şikayətlər yollayırlar.

Şikayətçiləri müəyyən etmək və məhkəmə yolu ilə cəzalandırmaq üçün Hakim Məmmədov Heydər Əsgərovu özünə vəkil tutub. Hətta Hakim Məmmədov vəkili Heydər Əsgərov vasitəsilə şikayətçiləri hüququ yolla susdurmaq üçün Ağsu rayon məhkəməsinə də müraciət edib. Bələdiyyə sədrinin iddiasına hakim Tahir İsmayılov baxacaq.
Deməli, bələdiyyə sədri məsuliyyətini dərk edib problemləri həll etmək əvəzinə şikayətçiləri cəzalandırmaq istəyir.

Bu yaxınlarda təsadüf nətcəsində Qafqaznews.az saytının əməkdaşı ilə telefon əlaqəsi saxlayan vəkil Heydər Əsgərov Hakim Məmmədovun diplom məsələsinə aydınlıq gətirib. Onun dediklərindən belə aydın oldu ki, bələdiyyə sədrinin, ümumiyyətlə, diplomu olmayıb. Ancaq söhbət zamanı hiss elədik ki, Hakim Məmmədovun diplomu olub, ancaq saxta diplom söhbəti ortaya çıxanda, məsləhət biliblər ki, diplomu qoy bir kənara.1392403920_1392399063994502057555

Bizimlə söhbətində vəkil şikayətçilərdən Zahir Kərimovun adını çəkdi.
Onu da bildirək ki, bəzi mətbuat vasitələrində bələdiyyə sədrinin adı Zərbalı kimi gedir. Vəkil bizə bildirdi ki, bu bələdiyyə sədrinin ləqəbidir. Zərbalı müəllimin şikayətçiləri cəzalandırmaq həvəsi həm də onun arxalı olmasından irəli gəlir. Yuxarıda qeyd etdiyimiz kimi bələdiyyə sədri millət vəkili Ərəstun Cavadovun yaxın qohumudur.

Gələn yazımızda Hakim Məmmədovun özəl biznesi, Bakıdakı obyektləri və onun biznes şəriki olan Vüqar barədə geniş yazı dərc edəcəyik.

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR