Yanukoviçin ölümü təsdiqləndi: Krımda dəfn olunacaq

1427109118Viktor Yanukoviçin kiçik oğlu Viktor bu gün Krımda dəfn ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Əldə edilən məlumata görə, dəfn mərasimində ailənin yaxın qohumları və mərhumun dostları iştirak edəcəklər.
Viktorun cənazəsinin xüsusi təyyarə ilə yarımadaya gətirildiyi bildirilib.
Qeyd edək ki, oğul Viktor Yanukoviç martın 20-də Baykal gölündə buzların altında qalaraq ölüb. Onun ölümü təkzib edilsə də, ötən gün Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko məlumatı təsdiqləmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR