Rus rublu ucuzlaşdı

1427101560Bu gün Moskva birjasında rus rublunun ucuzlaşması müşahidə edilib.

Axar.az xəbər verir ki, dollar 0,5 rubl bahalaşaraq 59,79 rubla, avro isə 0,31 rubl bahalaşaraq 64,45 rubla qalxıb.

Xatırladaq ki, son günlər rüblun dollar və avroya nisbətdə sabitləşdiyi müşahidə olunmaqdadır. Neft qiymətlərinin enməsi fonunda rus rublunun məzənnəsini qorumasını iqtisadçılar ABŞ hökumətinin dolları ucuzlaşdırma siyasəti ilə əlaqələndirirlər. Hazırda dolların bahalaşması ABŞ iqtisadiyyatının ixrac imkanlarını risk altında qoyduğundan, dolların ucuzlaşması üçün addımlar atılır.

Rusiya hökuməti isə rublun məzənnəsinin stabilləşməsini iqtisadiyyatın ağır dövrünün geridə qalması ilə izah edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR