Rusiyanın məşhur telekanalının efirində əlbəyaxa dava – VİDEO

БезымянныйDavaya hətta uşaqların anası da müdaxilə edib.

Rusiyanın NTV telekanalının “Danışır və göstəririk” (“Qovorim i pokazivaem”) teleproqramının efirində münaqişə yaşanıb.

Oxu.Az xəbər verir ki, çoxuşaqlı ana keçmiş ərindən övladlarının atası olduğunu etiraf etməyi tələb edib.

Lakin kişi özünü sonsuz elan edərək, aliment ödəməyəcəyini, uşaqların isə qardaşından olduğunu bildirib.

Ailəsini atıb gənc sevgilisi ilə yaşayan kişi övladlarını qəbul etməyib. Onun keçmiş həyat yoldaşı isə övladlarına baxmaq üçün şəraiti olmadığını, ortancıl oğlanlarının həmin kişidən olduğunu iddia edib.

Bir anda verilişin qonaqları arasında yaranan mübahisə əlbəyaxa davaya keçib. Davaya hətta uşaqların anası da müdaxilə edib.

Həmin görüntüləri təqdim edirik.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR