Xeyli müddətdir ki, ölkə mətbuatında “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun 48 milyon (bəzi məlumatlarda 70 milyon) manatlıq yeyintiyə görə həbs olunması ilə bağlı söhbət səngimək bilmir.
Qısa xatırlatma üçün bildirək ki, yazılanlardan belə məlum olur ki, QSC-nin marketinq şöbəsində çalışan Rahib Hüseynov sahibkarları aldadaraq pulları mənimsəyib və bu işdən Arif Əsgərov məlumatlı olub, yəni rəis özü bu işdə birbaşa maraqlı olub. Ancaq məsələnin üstü açılanda Arif Əsgərov və oğlunun təkidi ilə cinayəti Rahib Hüseynovun üzərinə qoyublar və ona söz veriblər ki, səni həbsdən qurtaracağıq.
Ancaq ata və oğul Əsgərovlar verdikləri vədi yerinə yetirmədikləri üçün Rahib Hüseynovun anası, yəni Arif Əsgərovun baldızı Lətifə xanım Hüseynova bir neçə dəfə özünə qəsd etmək istəyib və əlində olan faktları açıqlayacağını bəyan edib.
Yazılanlardan o da məlum olur ki, həmin 48 milyon manat pul Arif Əsgərovun oğlu Elnar Əsgərovun rəhbərlik elədiyi şirkətə köçürülüb.
Bu mövzuda bütün yazılanları təhlil edəndə məlum olur ki, 48, yaxud 70 milyonun mənbəyi göstərilmir, ümumi şəkildə qeyd olunur ki, bu pul sahibkarlardan yığılıb. Ona görə də ortaya xeyli suallar çıxır.
Ancaq bu günədək mətbuatda yazılanlarda bir maraqlı epizod var. Rahib Hüseynovun həbsindən bir neçə gün əvvəl Arif Əsgərovun həyat yoldaşı, yəni Rahibin xalası Xatın xanım hər zaman Rahibin özü ilə gəzdirdiyi noutbuku onun əlindən alıb. Rahib Hüseynov Əsgərovların göstərişi ilə gördüyü bütün qara işlərlə bağlı məlumatları həmin kompüterdə saxlayırmış.
Görəsən, Xatın xanımın bu işlərlə nə əlaqəsi var?
Bəlkə Xatın xanım bilmədiyimiz bizneslə məşğul olur..?
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) mötəbər mənbədən daxil olan məlumata görə 48 milyonun izi gedib Avstriya dövlətinə çıxır.
Bəli, Arif Əsgərovun oğlanları Avstriyada təhsil aldıqları vaxt həmin ölkənin iş adamları ilə müəyyən əlaqələr qurublar. Və sonradan bu əlaqələrdən xeyli sayda avstriyalı sahibkar külli miqdarda ziyan çəkib.Yəni Əsgərovlar mədəni şəkildə əcnəbi iş adamlarına atıblar və pulları qaytarmaq istəməyiblər. Belə olan halda həmin avstriyalı iş adamları öz ölkələrinin başçılarından kömək istəyiblər.
Avstriyanın başçısı da Azərbaycan rəhbərliyinə üz tutub və beləcə axırda məsələnin həlli nəqliyyat naziri Ziya Məmmədovdan sərt formada tələb olunub.
Ziya Məmmədov isə Arif Əsgərova bu əməllərinə son qoymağı tələb edib. Arif Əsgərov həyat yoldaşı Xatın Əsgərova ilə boşanmaq məcburiyyətində qalıb.
Əslində Xatın xanım çoxdandır ki, biznes-ledi olmaq istəyirdi və bunun üçün oğlanlarını və bacısı oğlu Rahib Hüseynovu bu işə qoşmuşdu. Ancaq nədənsə bu biznesi həyata keçirə bilməyiblər və bundan bir çox iş adamları, o cümlədən əcnəbilər ziyana uğrayıb.
Amma Arif Əsgərov bu dəfə də problemdən yayına bilib. Çünki nə qədər ki, Ziya Məmmədov nazir postunu tutur Arif Əsgərov da toxunulmzadır.
Arif Əsgərovun müavini Əliyarla aralarında olan soyuq ailəvi münasibətlərdən növbəti yazıda bəhs edəcəyik.
Sənan Məmmədli
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)