Bir köhnə ədavətin tarixçəsi…

1384155603_Sefer-ZakirBu yaxınlarda redaksiyamıza yeni müdafiə naziri Zakir Həsənov və onun qardaşı Eldar Həsənov haqqında maraqlı məlumat daxil olmuşdur. Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, bir çoxları kimi o da Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad olunmasına və onun yerinə Zakir Həsənovun təyin edilməsinə sevinib. Çünki o ümumiyyətlə Həsənov qardaşlarını ancaq …
Bu yaxınlarda redaksiyamıza yeni müdafiə naziri Zakir Həsənov və onun qardaşı Eldar Həsənov haqqında maraqlı məlumat daxil olmuşdur. Adının açıqlanmasını istəməyən mənbə bildirir ki, bir çoxları kimi o da Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad olunmasına və onun yerinə Zakir Həsənovun təyin edilməsinə sevinib. Çünki o ümumiyyətlə Həsənov qardaşlarını ancaq müsbət tərəfdən, peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı zabitlər kimi tanıyıb. Ancaq Səfər Əbiyev nazir olduğu dövrdə həmişə prezidentə ,dövlətə xidmət etmək istəyən generalların əl-qolunu bağlayıb deyə bir çox vicdanlı və yüksək səviyyəli peşəkar hərbçilər ordu quruculuğundan kənarda qalıblar. Mənbə bildirir ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən Həsənov qardaşlarının fəaliyyətini yaxından izləyib… Bəlkə də çoxları Zakir Həsənovu yaxşı tanımır, ancaq iş orasındadaır ki, o Azərbaycanın ən peşəkar hərbçilərindən biridir və yeni müdafiə naziri uzun müddət kölgədə qalsa da ola bilsin ki, davamlı olaraq öz məqsədinə doğru addımlayıb. Məqsəd isə heç də vəzifə başına keçib bundan öz şəxsi mənafeyi üçün yararlanmaq yox, vətənə xidmət etmək olub. Zakir Həsənovun hərbçi ailəsində anadan olması oxuculara çox güman ki, mətbuatdan məlumdur.

Ancaq çox az adam bilir ki, yeni nazirin böyük qardaşı Eldar Həsnov müdafiə sahəsində böyük nüfuza malik olan şəxsdir. Mənbə bildirir ki, bu şəxsin Azərbaycan dövləti qarşısında peşəkar hərbçi və kəşfiyyatçı kimi çox böyük xidmətləri olub. Müstəqilliyimizn ilk illərində , Ermənistan ilə aparılan müharibənin qızğın çağlarında məhz onun rəhbərliyi altında yüksək hazırlıq keçən kəşfiyyatçılarımız düşmən ərazisində ordumuz üçün çox mühüm və uğurlu əməliyyatlar keçiriblər. Bir çoxları Vətən uğrunda canlarını qurban vermiş həmin kəşfiyyatçılara o illərdə təlim keçən Azərbaycan Prezidenti yanında Xüsüsi İdarənin ilk rəisi Eldar Həsənovu hələ də yaxşı xatırlayırlar. Araşdırma nəticəsində məlum oldu ki, Azərbaycan Pespublikasının prezidenti Əbülfəz Elçibəyin 17 iyul 1992-ci il, 51 saylı fərmanı ilə Prezident yanında Xüsusi İdarə yaradılıb və idarənin ilk rəisi Eldar Əsgər oğlu Həsənov təyin olunub. Çoxsaylı peşəkar hərbçi hazırlayan Eldar Həsənova qarşı içində paxıllıq hissi olan keçmiş müdafiə naziri Səfər Əbiyev onun dövlətimizin yolunda etdiyi xidmətlərin tarixə düşməməsi üçün əlindən gələni edib. Hətta bir zaman dövlət qarşısında xidmətlərinə görə Eldar Həsənovu Səfər Əbiyevdən əvvəl müdafiə naziri təyin etmək istəyirlər, ancaq Səfər Əbiyev hiyləgərliklə bu təyinatın qarşısını ala bilir. Eldar Həsənov böyük vəzifələr tutmasına baxmayaraq həmişə özünü çox sadə aparıb.

O adi vətandaş kimi balıq tutur,öz ətrafındakı adamlarla, hətta sürücüləri ilə belə çox xoş davranıb. Xüsüsi idarənin rəisi olduğu dövrdə onun müavini, sonradan Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi olan, sui-qəsd nəticəsində öldürülən Şəmsi Rəhimov olub. 1995-ci ildə Səfər Əbiyev müdafiə naziri təyin olunandan sonra orduda səriştəli kadr çatışmazlığı olduğundan məcbur olub Eldar Həsənovu Ali Hərbi Dənizçilik Məktəbinin(2001-ci ilə qədər Bakı Ali Hərbi Dənizçilik Məktəbi adlanıb)rəisi vəzifəsinə təyin edir. Ancaq Eldar müəllimin peşəkar olduğunu heç vaxt unutmayan və ona rəqib kimi baxan eks- nazir ondan ehtiyatlanaraq onu vəzifədən azad edir. Sonra isə Eldar Həsənovu Neft Akademiyasında ( AZİ ) hərbi kafedraya rəisi təyin edirlər. 2000-ci ildə Səfər Əbiyev universitetlərdə hərbi kafedraları ləğv edəndə Eldar Həsənov işsiz qalır.Lakin peşəkar hərbçi və kəşfiyyatçı olduğuna görə Eldar Həsənov elə həmin il Namiq Abbasov tərəfindən Milli Təhlükəsizlik Nazirliyində idarə rəisinin müavini vəzifəsinə təyin olunur. Səfər Əbiyevdən fərqli olaraq Namiq Abbasov Eldar Həsənovun peşəkar hərbçi, kəşfiyyatçı və təmiz insan olmasına böyük hörmətlə yanaşır. Ancaq çox çəkmir Səfər Əbiyevin yürütdüyü hiyləgər siyasət nəticəsində Eldar Həsənov MTN-də tutduğu vəzifədən azad edilir. Eldar Həsənovun qardaşı Zakir Həsənov DİN-in Daxili Qoşunlarının komandanı təyin olunanda Səfər Əbiyev özünə yer tapa bilmir . Bu təyinat onun üçün görünməmiş bir sürpriz olur. Sonrası isə hamıya bəllidir. Zakir Həsənov artıq müdafiə naziri təyin olunub və islahatlara başlayaraq Səfər Əbiyevin uzun illər nazirlikdə apardığı yarıtmaz siyasətini və onun səriştəsiz kadrlarını dəyişir. Onun soyadı Həsənovdur və ən əsası o, Azərbaycanın müstəqilliyinin ilk günlərində öz dövlətinə və xalqına sədaqətlə xidmət edən Eldar Həsənovun qardaşıdır…

Mahmud Rasimoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR