Tehran-43,İstanbul-2013 və “001” arzusu ilə yaşayan nazir oğlu

1378877932_137883856220130904_122950_resizedBu yaxınlarda İstanbulda qısamüddətli işgüzar səfərdə idim. Səfərimin sonunda fikirləşdim ki, vaxtım az olsa da biraz İstanbulun tarixi yerlərini gəzim və insanları kənardan müşahidə edim. Sözün düzü, bu müşahidədən çox pis oldum.

Ona görə pis oldum ki, yerli türklərin əksəriyyətinin bu dövlətin baş naziri Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşmasını hiss etdim. Özü də bu tənqidlərin təkcə bir türklər tərəfindən yox,elə Suriyadan qaçan insanlar tərəfindən də yönəldiyini sezdim. Bildiyiniz kimi Suriya müsibətlərindən baş götürüb Türkiyəyə pənah aparan qaçqınların sayı 200 mini keçib və bu hələ rəsmi məlumatdır.
Həmin qaçqınların da təxminən 50 mini gəlib tökülüşüb İstanbulun mərkəzinə. Əziz oxucular, indi təsəvvür edin ki, İstanbulun mərkəzi görün nə vəziyyətdədir… Kimi dilənçilik edir, kimi cibgirlik edir…

Mən rastlaşdığım ,söhbət etdiyim türklər də, suriyalılar da bu vəziyyətin yaranmasında məhz Türkiyənin baş nazirini günahkar sayırlar və çox güman ki,onlar həqiqətən də haqlıdırlar.Mən bunun belə olmamasını israr etmirəm,ancaq faktiki mövcud münasibət budur.Paytaxtın bir çox yerlərində bu qaçqınların ucbatından ürəkaçmayan görüntülər-antisanitariya hökm sürür.

Qaçqınların arasında vaxtı ilə Bəşər Əsədin komandasında vəzifə tutan və xeyli vəsaitlə Suriyanı tərk edənlər də var.Canlarını Əsədin əlindən qurtaran, İstanbulun hotellərində qalan həmin eks-məmurlar təbii ki, əllərindəki pulları qorumaq fikrindədirlər. Ümumiyyətlə Türkiyəyə pənah gətirən qacqınların əksəriyyəti,Suriyadan canını götürüb qaçanlardan ibarətdir ki, onlar da Türkiyənin hotellərində yox, İstanbulun küçələrində yaşayırlar.

Maraqlı ola biləcəyini güman etdiyimdən İstanbulda şahidi olduğum bəzi hadisələrlə bağlı fikirlərimi sizinlə bölüşmək istərdim. Məsələn, orada olduğum müddətdə İstanbulun Avropa hissəsində, “Bəyoğlu” məhəlləsində yerləşən, şəhərin ən məşhur məkanlarından biri olan “Taksim meydanı” yaxınlığında kafelərin birində oturmuşdum.Yanımdakı masaların birində Suriyadan gələn qaçqınlar oturub nahar edirdilər. Nahardan sonra onlara yaxınlaşan ofisiant hesabı istərkən qaçqınlar ona çox təəcüblü cavab verdilər: “Bizi bura Tayyib Ərdoğan gətirib, ona görə də naharımızın hesabını get ondan al!”.

Müşahidələrimdən belə qənaətə gəldim ki, haqqında söhbət etdiyim qaçqınlar da bir neçə qrupa bölünüb; aralarında varlı olanlar hotellərdə qalırlar,kasıbları isə imkansızdıqdan çıxılmaz vəziyyətə düşüb,loru dildə desək hamballıq edirlər.Ancaq iclərində elə kateqoriyalı insanlara da rast gəldim ki, dediyim kimi “bizi bura kim gətiribsə , etdiyimiz naharımızın hesabını da o ödəsin”deyirlər.

Cavan nəsil xatırlamaz,ancaq yaşlı nəsilin əlbət 1980 –cı ildə çəkilən,Fransanın,İsveçrənin,İspaniyanın və SSRİ-nin birgə istehsalı olan “Tehran -43”dedektiv kinofilmi yadındadır.
Fikrimcə 70 ildən sonra İstanbul da, həmin “Tehran -43” filmindəki Tehrana bənzəyir. Diqqətimi çəkən o oldu ki, dünyanın 20 ən qüdrətli dövlətlərinin başçıları Rusiyanın Sankt- Peterburq şəhərində yığışsalar da sanki “Tehran -43” filmindəki kimi dünyanın ən qüdrətli kəşfiyyat orqanlarının əməkdaşları Sankt- Peterburqda yox, məhz İstanbulda cəmləşmişdilər. İstanbula gələn bu xarici “qonaqlar”, görüşün nəticələrindən sonra sanki hərəkətə keçmə əmrini gözləyirdilər. Oxucunun nəzərinə çatdırım ki, əlbəttə,bu mənim bir yazar kimi şəxsi fikirlərimdi.

Ancaq onu qeyd edim ki,İstambulda elə bir aura yaşanır ki, əməliyyat-axtarış işində az -çox təcrübəsi olan hissiyatlı insan gəldiyim nəticəni təsdiqləyər. Hətta dedektiv kitabların həvəskarları və yaxud da kəşfiyyatçılardan bəhs edən kinofilmləri seyr etməyi xoşlayan adam da çox asanlıqla bu qənaətə qələ bilər. Ancaq sizə çatdıracağım fikirlərim bununla bitmir.

Bu səfərim zamanı nəinki Türkiyənin qonşusu olan Suriyada gedən müharibə nəticəsində İstanbulu basmış Suriya qaçqınları ,yaxud da “Tehran- 43” filimindəki kimi bir çox ölkələrin kəşfiyyatçıları,həmçinin bizim məmur balalarının, İstanbulun bu şəraitində kef çəkməkləri də nəzərimdən qaçmadı.Məsələn ,İstanbulda bir nazir oğlunun 1 milyon avro dəyərində olan “Rolls-Royse Phantom” markalı avtomobildə eskortla İstanbulun küçələrində şütüməsinin də şahidi oldum … Özü də avtomobilin qeydiyyat nömrəsi 34 AN 0001…

Bax burda mənə qaranlıq qalan o oldu ki, bununla nazir oğlu görəsən nə demək istəyir?!
Birinci versiya: nazirin birinci və ya sevimli oğlu olmağını. İkinci versiya: Türkiyədəki azərbaycanlıların birincisi olmağını.
Və sonuncu, Allah eləməsin, əstəfurullah,gələcəkdə Azərbaycanda birinci olmaq arzusu ilə yaşayır. Bu yerdə məndə bir sual yaranır,görəsən bu insan maşından düşəndən sonra,kənardakıların gözündə o nömrəyə ,yəni 0001-ə layiq olub-olmadığını heç düşünürmü??!!
P.S Sonuncu sual artıq başqa yazının mövzusu olduğuna görə,bu haqda qeydlərimi gələn köşəmdə oxucularımla bölüşəcəyəm.
Mahmud Rasimoğlu
İstanbul-Bakı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

1378877908_137883854520130903_193136_resized1378877859_20130903_184400-1_resized_1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR