Zakir Tağıyevdən şok açıqlama -Video

1389854242_1389800956Bezimyanniy_copyİzi  itirmək üçün  qızıl dəvənin  “kopiya”sını  düzəldiblər..

Qafqaz Xəbər Agentliyi  bir neçə gün öncə “Qızıl dəvə əfsanəsi” adlı araşdırma yazısı dərc eləmişdi.

Qısa xatırlatma üçün bildirək ki, prezidentliyə keçmiş namizəd, biznesmen Zakir Tağıyev  ötən əsrin 90-cı illərin əvvəlində heykəltaraş Rahib Həsənova öz ofisi üçün dəvə heykəli düzəltməyi sifariş vermişdir. Zakir Tağıyev  xeyli vəsait xərcləyəndən sonra Moskvada  qızıl dəvə heykəli hazırlanır. Onu da bildrək ki, heykəlin hazırlanması üçün əvvəlcədən Zakir Tağıyevlə Rahib Həsənov arasında müqavilə bağlanıb.

Dəvənin hazırlanmasında xeyli qızıl materialından istifadə edilib. Dəvə hazır olandan sonra Zakir Tağıyevin ofisində yerləşdirilib. Zakir Tağıyev  heyləkin onun əmlakı olması barədə müvafiq qurumlardan hüquqi sənəd alıb.

Ancaq 1995-ci ildə Baş prokurorluğun əməkdaşları ( o zaman Eldar Həsənov baş prokuror idi )  Zakir Tağıyevin ofisində əməliyyat-axtarış tədbiri keçirəndə qızıl dəvə yoxa çıxır.

Üstündən neçə il keçəndən sonra qızıl dəvənin sorağı Dubaydan gəlir.Zakir Tağıyev

“Qafqaznews.az”-a daxil olan məlumata görə qızıl dəvənin “yeni sahibi”  özgə malını Dubayda satarkən “ilişiir”. Belə ki, qızıl dəvəni qiymətləndirmək üçün Amerikadan gələn ekspert ona 6 milyon 800 min US dolları qiymət  qoyur. Ancaq satış zamanı Dubay polisi malın əsl sahibinin Zakir Tağıyev adlı şəxs olduğunu müəyyən edir. Çünki Zakir Tağıyev vaxtında öz əmlakı olan dəvəni sənədləşdirmişdi, hətta dəvə bir dəfə Fransanın sərgisində Zakir  Tağıyevin əmlakı kimi nümayiş olunmuşdu. Və dəvəni satmaq istəyənlər güclə canlarını qurtarıb Bakıya   qayıdırlar. Sonradan  qızıl dəvənin “kopiya”sı barədə qərar qəbul edirlər.  Məqsəd “orjinal”ın izini itirmək olub.

Qızıl dəvənin əsl sahibi Zakir  Tağıyevlə telefon söhbətimizdə o da bir çox qaranlıq məqamlara işıq saldı. Qızıl dəvəni Dubayda satmaq istəyənlərin kimliyi barədə növbəti sayımızda Zakir Tağıyevin şok açıqlamasını oxuya bilərsiniz. Zakir Tağıyev onu da bildirdi ki, yaxın günlərdə məhkəməyə müraciət etməyə hazırlaşır…

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

hqdefault timthumb

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR