Nazir “tüpürdüyünü yalamaz” prinsipi ilə işləyir

axar.az1394623603oqtayNərimanov rayonunda yerləşən 7 saylı Uşaq Poliklinikasının 280 nəfərlik həkim kollektivi çox çətin problem qarşısında qalıb. Belə ki, poliklinikanın baş həkimi Aygün Əliyeva dünyasını dəyişdikdən sonra səhiyyə müəssisəsinə erməni əsilli baş həkim təyin ediblər. Yeni baş həkim əvvəlcə 14 saylı uşaq poliklinikasında sahə həkimi işləyən, erməni əsilli Lolita Cuvarlinskayadır.
Poliklinikanın kollektivi yeni təyinatı özləri üçün təhqir hesab edirlər.
Lolita Cuvarlinskaya 53 ildir Azərbaycanda yaşamasına baxmayaraq dövlət dilimizi də düz-əməlli bilmir.
280 nəfərlik kollektivin etirazlarına baxmayaraq səhiyyə naziri Oqtar Şirəliyev iki ayağını bir başmağa dirəyib deyir ki, mən öz əmrimi ləğv edə bilmərəm. Çünki, Oqtay Şirəliyevin düşüncəsinə görə, nazir tüpürdüyünü yalamaz.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR