Beşmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

1425377358Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsinin altında yığılmış məişət tulantıları, istifadəsiz avtomobil ehtiyyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR