Hamamı işlədən Elnur nədən xoflanır..?
Yazı oxucular arasında böyük marağa səbəb olub. Hətta oxuculardan bəziləri Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) zəng edərək hamamla bağlı maraqlı məlumatlar verib. Biz də məlumatları öz süzgəcimizdən keçirib münasib bildiklərimizi cəmiyyətə təqdim edirik. Qafqaznews.az bildirir ki, ьəlumatların birində “Təzə Bəy” hamamının əsl sahibi olan məmurdan bəhs edilir. Düzdür, etika xatirinə və müəyyən səbəblərdən cənab məmurun adını çəkmirik.
Yazıq müştəri isə düşünür ki, görəsən Elnura nə olub ki, hər şeydən xoflanır… Elnur üçün elə bilki 1937-ci ildir. Elə bilir ki, hər gələn onun arxasınca gəlir. Binəva Elnur hamama çimməyə gələnlərə “NKVD” işçisi kimi baxır. Hamı düşünür ki, görəsən bu “hamam müdiri”nin keçmişində hansı qaranlıq məqamlar var? Zəng edən oxuculardan biri isə daha gülməli əhvalat söylədi. Sən demə, Elnurun “yuyucu”luğu da var imiş. Ağlınıza “moyka-zad” gəlməsin. Söhbət mürdəşirlikdən gedir. Həə, rəhmətlik imkanlılardan biri guya vəsiyyət edibmiş ki, məni Elnur yusun. Həm də bunun üçün yaxşı “bəxşeyiş” də qoyubmuş…
Elnur da qalıb odla su arasında. Bir tərəfdə “yaxşı bəxşeyiş”, o biri tərəfdə hamamın imici… Bundan sonra baş verənləri oxucuların fantaziyasına buraxırıq…
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)