Fransa prezidenti gözlənilmədən İraqa getdi

Fransa prezidenti Fransua Olland ölkənin yeni hökumətinə dəstək vermək məqsədilə İraqa səfərə gəlib.63610_res_01

Bu barədə azvision.az “Agence France-Presse”-ə istinadən xəbər verir.

Məlumata əsasən, prezident təyyarəsinin göyərtəsində İraqa həmçinin humanitar kömək də gətirib.

Prezident təyyarəsi səhər saatlarında Bağdada gəlib. Onun göyərtəsində 15 ton humanitar yardım İraqın şimalında yerləşən Ərbil şəhərinə çatdırılıb.

Fransa prezidentinin İraq rəhbərliyi ilə İŞİD-ə qarşı birgə atılacaq addımları müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR