Kiyevdə yerli silahlı dəstə ilə atışmaya görə saxlanılan azərbaycanlıların kimliyi məlum olub

1427535095_0001Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerli silahlı dəstə ilə atışan və milis tərəfindən saxlanılan azərbaycanlıların kimliyi məlum olub.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA – ya açıqlamasında bildirib ki, onlardan biri Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan Ağayev Davud Şahvələd oğlu, digəri isə Ukrayna vətəndaşı, milliyətcə azərbaycanlı Əliyev İqordur.

A. Osmanov bildirib ki, əldə etdikləri qeyri rəsmi məlumata görə, şəhərin mərkəzində Bessarabiski bazarının yaxınlığında baş verən silahlı atışmada hücum edənlər azərbaycanlılar olublar və elə dərhal da milis tərəfindən saxlanılıblar. O həmçinin bildirib ki, bu gün onlar barədə məhkəmə müvafiq qərar da çıxarmalıdır.

Qeyd edək ki, azərbaycanlılarla yerlilər arasında baş verən hadisə martın 26-sı yerli vaxtla saat 13:00 radələrində baş verib. Hadisə zamanı yerli dəstənin üzvlərindən 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanadadırlar. Hadisə zamanı yaxınlıqdakı milis patrul xidmətinin müdaxiləsi nəticəsində qaçan azərbaycanlıları mərkəzi “Bessarabski” bazarı yaxınlığında saxlamaq mümkün olub. Onlar saxlanılan zaman milisə müqavimət göstəriblər. Azərbaycanlılara məxsus avtomobildən külli miqdarda silah-sursat aşkar olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR