“Nurgün Motors”un öz müştərilərinə biabırçı münasibəti

76375f60b37d6dcb48778c5f4bbbe456Uzun müddətdir ki, redaksiyamıza “Nurgün Motors“ şirkəti ilə bağlı müxtəlif şikayətlər daxil olur və biz həmin şikayətləri işıqlandırırıq. Ümumiyyətlə, bu şirkətlə bağlı mütəmadi olaraq ölkə mətbuatında neqativ yazılar dərc olunur. Hətta bir müddət əvvəl “Nurgün Motors“ şirkətlə bağlı tənqidi yazılar dərc edən mətbu orqanları məhkəməyə vermişdi. Yəni şirkət öz problemlərini aradan qaldırmaq əvəzinə mətbuata təzyiq yolunu tutmuşdu. Bu dəfəki şikayətçi isə Qafqaz Xəbər Agentliyinin təsisçisi Mahmud Rasimoğlu Tağıyevdir. Təsisçi öz müraciətində bildirir ki: “ Mən 3 il əvvəl şirkətdən “Renault Duster” markalı, 99 – DP – 273 nömrəli  avtomobil almışam. “Renault Duster” markalı avtomobilin ehtiyat hissələrinin, yağ dəyişmənin, diaqnostikadan keçməyin digər şirkətlərlə müqayisədə çox baha olması ilə razılaşsam da şirkətdə mənə qarşı baş verən haqsızlıqla heç cür barışa bilmədim. IMG_20141114_001852
Və məsələni araşdırmaq qərarına gəldim”. Təsisçi sonra qeyd edir ki, 3 fevral 2015-ci ildə “Nurgün Motors”un Ford servisinə yaxınlaşaraq avtomobilimin muhərrikində problem olduğunu bildirdim: “ 5 saatlıq baxışdan sonra servisdən mənə dedilər ki, avtomobilin  zəmanəti olduğu üçün servis tərəfindən təmir olunur və ehtiyat hissəsi şirkətin hesabına dəyişdiriləcək. renault-dusterAncaq həmin ehtiyat hissəsi hazırda anbarda olmadığı üçün iki həftə gözləməli olacam. Mən isə servisin müdirinə dəfələrlə xahiş elədim ki, mənim digər avtomobilim olmadığı üçün ehtiyat hissəsinin dəyişdirilməsi iki həftədən çox çəkməsin”. Mahmud Tağıyevin bildirdiyinə görə, həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq servisdən ona bildirirlər ki, ehtiyat hissə hələ yoxdur: “ Mən 3 il müddətində Nurgün Motors-un müştərisi olaraq bir neçə dəfə Ford servisdə avtomobilimi təmir elətdirmişəm, mühərrikin yağın dəyişdirmişəm və hər dəfə kassaya pulu ödəyəndə mənə çek verməyiblər. Pulu ödədikdən sonra müştəriyə kassir tərəfindən sadəcə kart verilir ki, servisin qapısında təhlükəsizlik işçilərinə təqdim edəsən ki, avtomobilinin servisdən çıxmağına icazə versinlər”.

Redaksiyadan: Növbəti yazıda “Nurgün Motors”un digər müştərilərinə yaratdığı konkret problemlərdən bəhs edəcəyik.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR