Bakıda intihar edən qadının fotosu yayıldı

1Bu gün Bakıda intihar edən qadının şəxsiyyəti hələlik məlum deyil.Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayon ərazisində intihar edən qadının üzərində heç bir sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. İntihar edən qadının yaşının 30-35, boyunun 157 sm, saçlarının qara, gözlərinin şabalıdı, əynində cins şalvar və qara palto olduğu bildirilib.Polisdən həmçinin bildirilib ki, intihar edən qadınının üzərində cərrahiyə əməliyyatının izi var.

Şəkildəki şəxsi tanıyanlardan Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə 452-02-02 və 30-cu Polis Bölməsinə 457-57-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.

Qeyd edək ki, bu gün Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

***

16:26

Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində intihar edən qadının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Məmmədov küçəsi 4 A ünvanındakı (Şüşəli bazar adı ilə tanınan ərazi) doqquzmərtəbəli binanın damından özünü atan qadın üzü üstə düşüb. Həmçinin intihar edən 25-30 yaşlı qadının üzərindən hər hansı sənəd də tapılmayıb.

Hadisə şahidləri polisə bildiriblər ki, həmin qadın özünü öldürməzdən əvvəl binanın damında var-gəl edirmiş və yüksək səslə kiminləsə danışırmış. Məlum olaydan sonra polislər binanın damında və ətraf ərazidə telefonu nə qədər axtarsalar da, onu tapa bilməyiblər.

Bina sakinləri və ətrafda yaşayanlar da intihar edən gənc qadını tanımadıqlarını bildiriblər. Ehtimal edilir ki, o, bu gecəni həmin binada və ya yaxınlıqdakı evlərdən birində keçirib.

Araşdırmalar davam etdirilir.

*****

10:46

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 30-35 yaşlı qadın özünü binanın 9-cu mərtəbəsindən atıb. “Şüşəli bazar” adlanan əraziyə yaxın yerləşən binadan özünü atan qadın hadisə yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar edən qadının kimliyi və onun intihar səbəbləri araşdırılır.

 1427807779_v

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR