“Rolls-Royce Wraith Inspired by Film”in xüsusi versiyası Azərbaycandan olan alıcılar üçün əlçatandır

RR_Wraith_2Bakı – 3 aprel 2015-ci il. “New York Auto Show 2015” sərgisində “Rolls-Royce Motor Cars” şirkəti tərəfindən təqdim olunan yeni “Wraith Inspired by Film” xüsusi modelini Azərbaycandan olan müştərilər məhdud zaman ərzində sifariş edə bilərlər.

“Wraith Inspired by Film” modeli haqqında çəkilmiş xüsusi video-çarxda “Rolls-Royce”un zəngin mirası və dəbdəbəsi qeyd olunur. “Rolls-Royce” avtomobilləri “Goldfinger” (1964), “Sarı Rolls-Royce” (1964), “Tomas Kraunun fırıldağı” (1968) və “Möhtəşəm Qetsbi” (1974 və 2013) kimi dünya şöhrətli filmlərdə baş rolları ifa edib.

Məhdud sayda istehsal olunmuş model innovativ “Rolls-Royce Motor Cars Wraith”in buraxılışına dair hazırlanmış “Və dünya yerində dondu” filminin (“And the World Stood Still”) dünyanın ən önəmli film və TV kolleksiyası sayılan Britaniya Film İnstitutunun (BFİ) milli arxivinə daxil edilməsinə həsr olunub. BFİ-nin sənədli filmlər üzrə baş kuratoru Patrik Rasselin diqqətini cəlb edən film 26-cı Beynəlxalq Vizual Kommunikasiya Assosiasiyasının (IVCA) qızıl mükafatına layiq görülüb. Rasselin sözlərinə görə, film müasir kinematoqrafiyanın valehedici  bir parçasıdır və məhz buna görə də arxivə qəbul olunub.

«“Rolls-Royce Wraith”in buraxılışı ilə bağlı çəkilmiş filmin BFİ-nin kolleksiyasına əlavə olunması bizi fərəhləndirir. Müasir təbliğ xarakterli korporativ film sənayesinin tanınmış və mükafata layiq görülmüş bir nümunəsi olduğundan filmi qoruyub saxlamaq üçün arxivə daxil etdik. Qüsursuz şəkildə yerinə yetirilmiş bu sənət nümunəsi film sənayesinin məhsul buraxılışının təbliğində bir vasitə kimi uğurlu istifadəsidir», -deyə P. Rassel şərh edib.

“Rolls-Royce Motor Cars” şirkətinin qlobal marketinq üzrə rəhbəri Mark Mielau bildirir: «”Və dünya yerində dondu” filminin BFİ-nin milli arxivinə əlavə olunması qürurverici haldır. Bu hadisə bir daha sübut edir ki, cəmiyyətin fikrinə əsasən, “Rolls-Royce” ehtiras, innovasiya və yaradıcılığı ilə seçilən komandaya malik “Dünyanın ən yaxşı avtomobil” istehsalçısıdır».

“Və dünya yerində dondu” filminə əsasən, “Wraith” tarixin ən qüvvətli və qabaqcıl texnologiyası ilə təchiz olunmuş “Rolls-Royce” modelidir. Barselona yaxınlığında, məxfi bir məkanda lentə alınmış film 36 kompüter və 1,5 km uzunluğunda kabel vasitəsilə çəkilib. Bütün bunlar “Wraith” modelinin texnoloji imkanlarını tam əks etdirmək üçün tələb olunub. Sosial şəbəkələrdə pərəstişkarların çoxsaylı xahişindən sonra kulis arxasında çəkilmiş kadrlar da buraxılıb.

“Wraith Inspired by Film”

“Və dünya yerində dondu” mövzusunun davamı olaraq qeyd edək ki, “Wraith” modeli “Bespoke”a xas xüsusiyyətlərə malik əsl nuar film janrı qəhrəmanıdır. Avtomobilin unikal ikirəngli gövdəsi (“Silver” və “Jubilee Silver”) həyatın incəsənət nümunəsi olduğuna işarədir. Radiatorun məhəccərində əl işi olan və gümüşdən hazırlanmış “Spirit of Ectasy” heykəlciyi (“Ekstazın ruhu”) yer alır. Antrasitdən hazırlanmış və “Casden Tan” rəng çalarına malik dəri interyer əminlik və qüdrəti əks etdirir ki, bu da müasir super-qəhrəmanın geyimini xatırladır. Qara makkassar ağacından hazırlanmış və alüminiumla işlənmiş panel avtomobilin polad xarakterli olduğundan xəbər verir.

“Wraith” indiyədək yaradılmış ən güclü “Rolls-Royce” modelidir. Ön və arxa təkər oxları arasındakı məsafənin azaldılması, arxa təkər izinin genişlənməsi və V12 silindrli ikiqat turboya malik mühərrikin yaratdığı 624 at gücü və 800 Nm sayəsində 100 km/saat sürəti cəmi 4,6 saniyəyə yığan avtomobilin zövqlü xarici görünüşü onun dinamikliyini tamamlayır. 1930-cu illərin nuar filmlərinə xas stildə hazırlanmış “fastback” tipli gövdədə əks olunmuş cizgilər “Wraith”in özəl xarakterindən xəbər verir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissəsindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce”, “MINI”, “Alpina” və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını  Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və  bütün müasir standartlara tam cavab verən  3 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən “Improtex Motors”, Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar  fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

RR_Wraith_1 RR_Wraith_3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR