Dünyanın ən güclü 10 smartfonu

12029Android avadanlıqlar üçün qrafik-mətn proqramlarının istehsalçısı olan

“AnTuTu” dünyanın ən güclü qrafik sisteminə malik olan 10 smartfonun reytinqini açıqlayıb
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reytinq siyahısının şəriksiz lideri Cənubi Koreya istehsalı olan və “Exynos 7420” prosessoru ilə təchiz olunmuş “Samsung Galaxy S6” smartfonudur. Belə ki, 160 ölkədən minlərlə istifadəçinin “AnTuTU”ya daxil olan məlumatlara görə, bu smartfon ortalama 67 520 balla qiymətləndirilib.
İkinci yeri “Galaxy S6 Edge” smartfonu tutub. Nədənsə bu model smartfon əvvəlkindən bir neçə faiz zəif olub və 63 373 balla qiymətləndirilib.
“HTC One M9” smartfonu üçüncü yeri tutub. Bu gün üçün dünyanın ən güclü “Qualcomm – Snapdragon 810” çirini istifadə edən bu smartfon 52 709 bal yığıb. Onun arxasınca reytinq cədvəlində “Samsung – Galaxy S5 Plus” aparatı gəlir. Bu smartfon ötən il Avropada satış üzrə flaqman olmuş və “Qualcomm Snapdragon 805” çipi ilə təchiz edilmiş smartfonun daha da müasirləşdirilimiş variantıdır.
Beşinci yerdə daha əvvəl tərtib edilmiş reytinqin lideri olmuş “Meizu MX 4” smartfonudur. Çin istehsalı olan bu smartfon səkkiznüvəli “MediaTek MT6595” çipseti ilə təchiz edilib və “AnTuTu” tərəfindən 49 305 balla qiymətləndirilib.
Sonrakı yerləri 49 145 balla “Google Nexus 6”, 49 140 balla “Samsung Galaxy Note 4”, 48 695 balla “Motorola Droid Turbo” smartfonları tutur.
Reytinq cədvəlində doqquzuncu və onuncu yerləri 48 605 balla “LG G Flex 2” və 47 550 balla “OnePlus One” smartfonları bölüşdürür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR