Dövlət Komitəsi Bakıda telefon və kontur satdı

mobKomitə məlumat yaydı.

Əmlak Məsələləri Dövlət Komitəsi martın 3-ündə keçirilmiş hərracda satılan dövlət mülkiyyətinə keçən əmlaklar haqqında məlumat yayıb.

Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.

Hərraclar Bakının Səbail, Nəsimi, Qaradağ, Xəzər, Nizami rayonları üzrə və Lənkəranda aparılıb.

Belə ki, Komitə Səbail rayonu üzrə satış qiyməti 83 manat olan 29 ədəd müxtəlif markalı mobil telefonlar və danışıq kartları satıb.

Nəsimi rayonu üzrə satış qiyməti 16 manat olan 2 ədəd yaddaş kartı və 1 ədəd Philips markalı audioqurğu satılıb. Bundan başqa, Qaradağ rayonu üzrə satış qiyməti 69 manat olan 22 ədəd Nokia markalı mobil telefonlar, danışıq kartları, qidalandırıcı, satış qiyməti 43 manat olan müxtəlif markalı mobil telefonlar və aksesuarlar, Xəzər rayonu üzrə isə satış qiyməti 57,5 manat olan 12 ədəd Nokia markalı telefon satılıb. Bundan başqa adıçəkilən rayon üzrə müxtəlif markalı mobil telefonlar, Epson Stylos Photo TX650 markalı printer və s. satılıb.

Nizami rayonu üzrə isə satış qiyməti 85,5 manat olan 11 ədəd Nokia markalı telefon, satış qiyməti 182,5 manat olan 13 ədəd Nokia markalı telefon, satış qiyməti 110,5 manat olan 11 ədəd müxtəlif markalı mobil telefonlar və danışıq kartları satılıb.

Qeyd edək ki, hərraclar Hərracların Təşkili Üzrə Aksion mərkəzinin anbarında keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR