“Qarabağ” – “Sent-Etyen” oyununa biletlərin qiyməti

63723_res_01Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”–“Sent-Etyen” (Fransa) oyununun biletlərinin qiyməti açıqlanıb.

Klubun mətbuat xidmətindən qol.az-a bildirilib ki, asi sektorlar üçün biletin qiyməti 1 və 5 manat, VİP sektorlar üçün isə 50 manat təşkil edir.

Biletlərin sabah satışa çıxarılacağı gözlənilir.

Xatırladaq ki, “Qarabağ” – “Sent-Etyen” matçı sentyabrın 18-i, saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR