Bakıya məmur yaxtası bu şəkildə gətirildi… – FOTOLAR

1428294505_0001Virtualaz.org saytının müxbiri dünən Qazax rayonundan ezamiyyətdən dönərkən Bakıya nəhəng yaxtanın daşındığının şahidi olub.

Yaxta xüsusi qoşqu vasitəsilə daşınıb və üzəri ağ tentlə örtülüb. Uzunluğu onlarla metr, eni təxminən 8-10 metr olan yaxtanın daşıyan qoşqu yolda dörd hərəkət zolağını tutub.

Ehtimal edilir ki, yaxta dəniz yolu ilə Gürcüstanın Qara dəniz limanına gətirilib, oradan isə quru yolu ilə Bakıya yola salınıb. Yaxtanın sifarişçisinin kimliyini və digər təfərrüatları dəqiqləşdirmək mümkün olmadı.

Azərbaycan zənginləri son illər dəbdəbəli avtomobil kolleksiyaları ilə yanaşı özlərinə yeni bahalı oyuncaqlar – özəl jetlər, vertolyotlar və yaxtalar da alır. Bakıda yaxt-klub da fəaliyyət göstərir və onun sərəncamında nisbətən kiçik qabaritli yaxtalar var.

1428294573_04 1428294583_03 1428294584_01 1428294589_02 1428294505_0001 1428294514_05

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR