Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçiriləcək

Logo_Microsoft_20120911Bakı – 7 aprel 2015-ci il. Aprelin 10-da “Microsoft Azerbaijan” və “Incadea” şirkətlərinin təşkilatçılığı ilə Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçiriləcək.

Seminar avtodiler, satış və maliyyə menecerləri, xidmətin idarə olunması və müştəri xidmətləri nümayəndələri, həmçinin, biznesin rəhbərləri və sahibləri üçün təşkil olunacaq.

Tədbirdə seminar iştirakçılarına avtobiznes sahəsində “Incadea” şirkətinin “Microsoft”un yeni texnologiyalar üzərində hazırladığı və qısa bir vaxt ərzində qənaətli tətbiqinə zəmanət verən diler müəssisəsinin idarə edilməsi sistemi, avtomobil sahibləri ilə əlaqənin idarə olunması sistemi, biznes-analitika üçün tətbiq, mobil və bu kimi digər həllərin tətbiqinin nümunələri nümayiş olunacaq. Eyni zamanda, tədbirdə “Office 365” xidməti haqqında ətraflı məlumat veriləcək.

Seminarda iştirak etmək istəyənlər ad, vəzifə və çalışdığı şirkəti qeyd edərək sorğularını [email protected] ünvanına göndərə bilərlər.

Qeyd edək ki, “Incadea” şirkəti avtomobillərin topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr üçün həllər və xidmətlərin aparıcı qlobal tədarükçüsüdür.

“Microsoft” haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR