“Məni vətəndən didərgin salmaq istəyənlər bunu görməyəcəklər” – Deputat Aydın Abbasovdan sərt AÇIQLAMA

aydin__4687542146759285864_n1“Mənim ailəmlə birgə vətənimi tərk edib, həmişəlik Türkiyədə yaşayacağımı deyənlər tərbiyəsi olmayan axmaq və səfeh insanlar ola bilər. Mən heç yerə qaçıb getməmişəm, Azərbaycandayam”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

A.Abbasov deyib ki, onu vətəndən didərgin salmaq istəyənlər bunu görməyəcək.

“Mən bu ölkənin deputatıyam.  Qeyrətimiz də var, kişiliyimiz də… Niyə görə vətənimi, dövlətimi atıb harasa qaçmalıyam?!  Qaçmaq ancaq bulvarda olur. O şərəfsizlər ki, mənim Azərbaycandan çıxıb getməyimi istəyir, onlara bir kəlmə sözüm var: bu cür əsassız informasiyaları yayanların  xəyalları ürəklərində qalacaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Abbasovun ailəsi ilə birgə həmişəlik olaraq Türkiyəyə köçüb, orada məskunlaşdığı haqda məlumatlar yayılıb.
Aydın Abbasov baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğludur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR