Qafqaz Xəbər Agentliyinin kollektivi Ailə TV-nin sahibinə müraciət etdi

Aile_TV_logo_160911Qafqaz Xəbər Agentliyində hansısa məmurun qanunsuz əməlləri ilə bağlı tənqidi məqalə dərc olunan kimi agentliyin saytlarına (qafqaznews.azqafqaznews.org ) mütləq hansısa bir problem yaradılmalıdır. Bu az qala eybəcər ənənə halını alıb.
Xeyli vaxtdır agentliyimiz Ailə TV-nin internet xidmətindən istifadə edir. Ancaq bizə məlum olmayan səbəbdən Ailə TV qafqaznews.azqafqaznews.org saytlarının girişinə məhdudiyyət qoyub.
Ona görə, Ailə TV-nin 920 qaynar xətti ilə əlaqə saxlayaraq problemin aradan qaldırılmasını xahiş elədik. Ailə TV-nin əməkdaşları bizə bildirdi ki, biz sizə kömək edə bilmərik. Ailə TV-nin rəhbərliyi bu problemin həllində aciz qaldığına görə, Qafqaz Xəbər Agentliyinin kollektivi mətbuat vasitəsilə üzünü Ailə TV-nin sahibinə tutaraq ondan bu problemin həllində kömək istəyir.

Biz inanırıq ki, Ailə TV-nin sahibinin agentliyimizin başına açılan oyunlardan xəbəri yoxdur. Və ümid edirik ki, Ailə TV-nin sahibi bu məsələni diqqətlə araşdıracaq və problemin həllinə yardım edəcək.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR