UB40 qrupunun ulduzu sevdiyi 10 konsert zalının siyahısını açıqlayıb

UB40 featuring Ali Campbell, Astro and Mickey Virtue at Taste of DubaiReggi musiqi janrı ulduzu “Dubayın Dadı” kulinariya festivalı çərçivəsində “British Airways”in VIP zalında çıxış edib

 Bakı – 7 aprel 2015-ci il.  Reggi pop musiqi çartlarının lideri UB40 qrupunun üzvü Ali Kempbell dünyanın ən böyük musiqi zallarında milyonlarla dinləyici qarşısında çıxış edib. Hazırda 56 yaşlı britaniyalı ulduz qrupun digər üzvləri olan Astro və Mikki ilə birgə planetin müxtəlif nöqtələrində konsert vermək üçün səyahətə çıxıb.

İstedadlı trio bu yaxınlarda “British Airways”in VIP zalında baş tutmuş “Dubayın dadı” kulinariya festivalında “Red Red Wine”, “Kingston Town” və digər hit mahnılarının akustik ifası ilə qonaqların qarşısında çıxış ediblər.

BƏƏ-də olarkən qrup üzvləri “British Airways”in eksklüziv video sual-cavab müsahibəsində “Sizi ruhlandıran musiqiçilər”, “Sevdiyiniz yeməklər”, “X Factor” yoxsa “The Voice” kimi müxtəlif mövzulu sualları cavablandırıb.

Qrup üzvləri ilə müsahibənin tam versiyasını izləmək üçün linkdən istifadə edin:

http://youtu.be/SxRplUKW4M4

Bundan əlavə, qrupun solisti və musiqi müəllifi olan Ali Kempbell ən sevimli 10 konsert zalı haqda “British Airways” şirkətinə danışıb.

Birmingem milli qapalı arenası, İngiltərə

Birmingemdən olduğumuz üçün buradakı milli qapalı arena hər zaman qəlbimizdə özəl bir yer tutacaq. Aprelin 17-də burada növbəti dəfə səhnəyə çıxacayıq və əminəm ki, bu dəfə də möhtəşəm konsert baş tutacaq.

Armadillo, Havay adaları, ABŞ

Bura yəqin ki, mənim ən sevdiyim məkandır. “The Armadillo” adı ilə tanınan konsert zalı ecazkar Maui adasında yerləşir.

Brikston Akademiyası, London, İngiltərə

Hər zaman möhtəşəm olan və hazırda O2 Brikston Akademiyası kimi tanınan konsert arenasının maili döşəməyə malik olması auditoriyadan səhnəyə möhtəşəm görüntü açır. Keçmiş UB40 ilə birgə həm ilk, həm də müvəqqəti bağlandıqdan sonra baş tutmuş zalın yenidən açılışında iştirak etmişik.

Qrik teatrı, Los Anceles, ABŞ

Bu məkanı həqiqətən sevirəm – Qrik teatrında bir neçə dəfə çıxış etmişik. Bu möhtəşəm açıq hava konsert zalı hər tərəfdən “Griffit” parkının hündür ağacları ilə əhatələnib. Sanki meşədə ifa edirsən.

Bəşəriyyətin beşiyi, Yohannesburq, CAR

2007-ci ildə keçirilmiş “Live Earth” layihəsində, CAR-da Dünya İrsinin nümunəsi sayılan Bəşəriyyətin beşiyində çıxış etmək bizim üçün qürurverici idi. Bu ərazi dünyada ən çox qədim insan qalıqlarının tapılması ilə fərqlənir. “Live Earth” layihəsi dünya əhalisinin diqqətini qlobal istiləşməyə yönəltmək məqsədi ilə planetin müxtəlif yerlərində tanınmış musiqiçilərin iştirakı ilə keçirilən 24 saatlıq konsert marafonudur. Layihə çərçivəsində Madonna, Red Hot Chili Peppers və Foo Fighters kimi məşhur musiqiçilər dünyanın müxtəlif səhnələrində çıxış ediblər. 2 milyarda yaxın insan konserti televiziya vasitəsilə izləyib.

Sartori-Seyl, Köln, Almaniya

Bizim hər zaman Almaniyada, o cümlədən Rockpalast üçün Sartori-Seyldə keçirdiyimiz konsertlərdə çoxlu sayda dinləyicimiz olub. 1981-ci ildə keçirilmiş konsert bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çıxışımızı bitirdikdən sonra da dəfələrlə auditoriya tərəfindən təkrar olaraq səhnəyə çağırılırdıq.

Red Rocks, Kolorado, ABŞ

Unikal səhnələrdən danışarkən qeyd etmək lazımdır ki, Red Rocks siyahının yuxarı pillələrində yer alır. Bu Koloradonun qırmızı qayalarında təbii şəkildə formalaşmış amfiteatrdı. İnanılmaz olsa da, səhnə dəniz səviyyəsindən 1800 metr, bəlkə də daha hündür yüksəklikdə yerləşir. Bu səbəbdən də çoxlu miqdarda su içmək tələb olunur.

 

Radio-City musiqi zalı, Nyu-York, ABŞ

Necə də gözəl məkandır! Manhettendə Rokfeller mərkəzində yerləşən zalın möhtəşəm tavanı var. Zal Amerikanın simvolik musiqi obyektlərində biridir.

Ahoy Rotterdam, Hollandiya

2003-cü ildə “Homegrown in Holland” DVD-ni Ahoyda lentə alarkən heyrətamiz atmosfer var idi. Bu elə bir özəl gecə idi ki, sonda bütün baş verənlərin lentə alınmasından məmnunluq duyursan.

 

Qlazqo Apollon, Şotlandiya

Burada baş tutmuş konsertimiz müəyyən fərqliliyi ilə yadda qalmışdır. Çılğınlığı ilə tanınan dinləyicilərə görə təşkilatçılar səhnə ilə kütlə arasındakı məsafəni artırmışdılar. Buna baxmayaraq, konsert yüksək əhval-ruhiyyədə keçdi. Təəssüf ki, zal artıq mövcud deyil, ancaq bu heç də Qlazqo kimi gözəl şəhəri ziyarət etmək üçün olan səbəbləri azaltmır. Şəhərin olduqca zəngin musiqi tarixi mövcuddur. Bunun nəticəsi olaraq hər zaman canlı musiqi tədbirlərinin keçirildiyi Qlazqo “UNESCO Musiqi Şəhəri” adına layiq görülüb.

Tədbirlə bağlı videomaterialı linkdən istifadə edərək izləyə bilərsiniz: http://youtu.be/MUmi7rjdAFo

“British Airways” haqqında

• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

UB40 featuring Ali Campbell, Astro and Mickey Virtue at Taste of Dubai w...

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR