Azərbaycanda yeni evlənənlər bu xəstəliklər üzrə müayinə olunacaqlar — SİYAHI

gelin-toy2014-cü ilin oktyabrında Ailə Məcəlləsinə dəyişiklik edildi. Məcəllənin 13-cü maddəsinə edilən dəyişikliyə görə, nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidir. Əvvəlki variantda Ailə Məcəlləsinə əsasən nikaha daxil olan tərəflərin nikahdan öncə tibbi müyaniədən keçməsi öz əksini tapsa da, bu, könüllü idi. Bu dəyişikliyin tətbiqi 2015-ci il yanvar ayının 1-nə nəzərdə tutulsa da, vaxt məhdudluğu baxımından onun qüvvəyə minməsi prezidentin göstərişi ilə iyun ayının 1-ə qədər təxirə salındı.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a Nazirlər Kabinetində bu məsələ ilə bağlı yeni sənəd hazırlandığını deyib:

“Hazırda sənəd hazırlanır. Siyahıda nikaha daxil olmaq istəyən oğlan və qızın vərəm, hepatit, qan və cinsi xəstəliklər üzrə tibbi müayinədən keçəcəyi əksini tapacaq. Ola bilər ki, Nazirlər Kabinetində xəstəliklərlə bağlı siyahıda dəyişiklik edilsin. Bu qərar açıqlandıqdan sonra müəyyən olunacaq”.

Komitə sədri bildirib ki, sənəddə əsas olaraq qaydalar müəyyənləşəcək:

“Mexanizmi Nazilər Kabineti hazırlayır. Yəni müayinə, həkim arayışının imzalanması, qızın və oğlanın sağlamlığı barədə həkimin rəyi və s. sənəddə əks olunacaq. Tərəflərdən biri digərinin xəstəliyi barədə məlumatlandırılmayacaq, bu açıqlama onların şəxsi istəyinə buraxılacaq. Lakin həkim hər iki tərəfə aşkarlanmış xəstəliklə bağlı məsləhət verəcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az-a bildirib ki, siyahıda olan xəstəliklər əsasən qanla bağlı olanlardır: “Mütləq qan xəstəlikləri siyahıya daxil ediləcək. Hazırda sənədin üzərində işlər davam etdirilir”.

Nazirlik rəsmisi onu da deyib ki, sənədə əsasən xəstəlik aşkarlansa belə, tərəflərin nikah bağlamasına qadağa olmayacaq: “Sadəcə, nikaha daxil olan şəxslərə xəstəlik barədə məlumat və tövsiyə veriləcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR