Qızılın da qiyməti aşağı düşdü (VİDEO)

73245Qızılın qiyməti enməyə başlayıb.

ANS TV-nin məlumatına görə, son zamanlar dünyada baş verən iqtisadi böhran və neftin qiymətinin tez-tez dəyişməsi, dünya bazarında qızılın da qiymətinə təsirsız ötüşmür. Son iki ildə qızılın dəyəri həm zinət əşyası, həm də kapital olaraq qiymətdən düşürdüsə, bu ilin mart ayından dəyərə minməyə başladı.

Amma son iki gündə dünya bazarında qızılın qiymətinin enməsi yenidən müşahidə olunmaqdadır. Hazırda qızılın bir unsiyasının qiyməti 6 dollar azalaraq 1 milyon 213 minə təklif olunur.

Mütəxəssislər bunun səbəbini ilk növbədə bu qiymətli metalın, zinət əşyası kimi artıq insanları cəlb etməməsində, ikinci növbədə isə dünya bazarında inflyasiyanın minimuma enməsi, səhmlərin qiymətlərinin artması və dolların güclənməsində görür.

“Təhlilər onu göstərir ki, son dövrlər dolların qiyməti ilə qızılın qiyməti arasındakı əlaqə müəyyən qədər öz təsirini itirib. Əvvəlki qədər əlaqə yoxdur, yəni əvvələr daha çox təsir göstərirdi”, – deyə ekspert Samir Əliyev bildirib.

Paytaxda bu dəyərli metalın satışı ilə bağlı satıcılar bildirdilər ki, son bir ayda qızılın qiymətində cüzi də olsa, yəni 3 manat civarında bir dəyişiklik var.

“Hazırda 585 əyarlı qızılın bir qramının qiyməti 38 manatdan başlayaraq 40-42 manat arasında dəyişir. Bu isə malın çeşidindən asılıdır. 700 əyarlı qızılın bir qramı 45 mantdan başlayaraq 50-52 manat arasında dəyişir”, – deyə zərgər Əfqan İmanov bildirdi.

Ekspertlərin proqnozlarına əsasən ABŞ dollarının dəyəri artdıqca, qızılın qiymətinin daha da enməsi müşahidə olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR