“Muğanbank” yeni layihənin təqdimatını keçirdi –FOTOLAR

11147069_720322318078730_85681568740857897_o8 apreldə “Muğanbank” ASC-nin ofisində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Energokredit” layihəsinin təqdimatı keçirilib.

Qafqaz Xəbər Agentliyi bildirir ki, təqdimatın əvvəlində “Muğanbank” ASC-nin Marketinq Departamentinin rəhbəri Rəşad Alıyev çıxış edərək bankla bağlı qısa informasiya verdi: “ Bizim bank Mərkəzi bankın lisenziyası əsasında 22 ildir ki, fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanın hərtərəfli inkişafında yaxından iştirak etmək və geniş spektrə malik bank xidməti göstərməkdir. Qeyd edim ki, son 5 il “Muğanbank”ın ən dinamik inkişaf dövrü olub. Bu dövrdə bankımızın təqdim etdiyi xidmətlərin və filiallarımızın sayı xeyli artıb. Bu gün təkcə Bakıda 16, regionlarda 28 filialımız var”.10256709_720322054745423_1248273848133116226_o

Departament rəhbəri onu da bildirib ki, biz öz müştərilərimizi qeyri-standart məhsullarla sevindiririk: “ Bizim bankın ilk belə məhsulu 2009-cu ildə təqdim etdiyimiz “Adsız istiqrazlar” olub. 2010-cu ildə isə biz ilk olaraq Beynəlxalq Valyuta Birjasının müştəriləri üçün Foreks xidməti göstərdik. Bizim digər qeyri-standart məhsulumuz MONEX sistemi – təcili pul köçürülməsidir. Bu sistemin köməkliyi ilə bir neçə dəqiqə ərzində pulu köçürmək olur”.
Rəşad Alıyevin sözlərinə görə, “Muğanbank” Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Energokredit” layihəsinə ilk qoşulanlardandır.

1941494_720322164745412_6800398381756698040_oTəqdimat mərasimində Rəşad Alıyevdən sonra layihənin meneceri Andreas Karner çıxış elədi. Onun sözlərinə görə bu layihənin təşəbbüsçüsü EBRR-dir: “ Qayda üzrə, belə layihələri dayanıqlı enerjilayhələri adlandırırlar. Bu layihə enerjinin qənaətinə hesablanıb. Bu layihə sayəsində Azərbaycanda fəaliyyət göstərən şirkətlər öz enerji layihələrini maliyyələşdirə bilərlər. Bu kreditlər biznesmenlərə və fiziki şəxslərə veriləcək. “Muğanbank” Azərbaycanda ilk banklardan biridir ki, “Energokredit” layihəsinə qoşulub”.1795255_720322241412071_5414862322308314677_o

Qafqaz Xəbər Agentliyi məlumat verir ki, menecer mərasim iştirakçılarına layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan şirkətlərinin əldə edəcəyi perspektivlər barədə aşağıdakıları söylədi: “ Kredit alan şirkətlər enerji avadanlıqları əldə edə biləcəklər. Bu isə onların imkanlarının artması deməkdir. Bizim ekspertlər qrupu alınan avadanlıqların pulsuz auditini aparacaqlar. Əgər biznesmen bu aiditdən uğurlu keçəcəksə, bizim ekspertlər təsdiq edəcək ki, alınan avadanlıqlar enerjiyə 30 faiz qənaət edir və onda xərclənən məbləğin 15 faizi geri qaytarıla bilər. Bu fiziki şəxslərə də aiddir”.
Menecerin sözlərinə görə, bu layihə çərçivəsində verilən kreditin maksimum miqdarı 2, 5 milyon manatdır.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) baş redaktoru Rəşad Rüstəmovun “ Enerjinin qənaət olunduğunu siz necə müəyyən edəcəksiniz?” sualına Andreas Karner belə cavab verib: “ Bunu əvvəlki texnologiya ilə müqayisədə müəyyən edəcəyik”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

.11103218_720322244745404_4740643608492340120_o 11088985_720322171412078_8138871349778346885_o 11088740_720322161412079_5126706956911849486_o 11080315_720322261412069_6322083656444147964_o 10990103_720322344745394_6987618061051321610_o 10553714_720322368078725_2558545621349610842_o 1795255_720322241412071_5414862322308314677_o 1941494_720322164745412_6800398381756698040_o 11147069_720322318078730_85681568740857897_o



 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR