Dollar yenə bahalaşdı

ABD DolariAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Qafqaznews.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1,0515-dən 1,052-ə qədər bahalaşıb.
Avronun məzənnəsində isə azalma qeydə alınıb.
Belə ki, 1 avro 1.133-dən 1.1235-ə qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda isə bahalaşma davam edib. İndi 1 rublun dəyəri artaraq 0.0196-dan 0.0203 manata çatıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR