İranın AES olan şəhərində 4,7 bal gücündə zəlzələ

90139_res_01İranın cənub-qərb əyaləti Buşəhrdə zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) xəbər yayıb.

Xəbərdə bildirilir ki, 4.7 bal gücündə yeraltı təkan Firuzabad şəhərindən 97 kilometr cənub-qərbdə müşahidə edilib.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

İran hökümətindən dağıntı və tələfat barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Fars Körfəzinin sahilində yerləşən Buşəhr əyalətində atom elektrik stansiyası mövcuddur

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR