Baş prokurorluq ittiham edir, polis isə gizlədir..? -FOTO

90204_res_01Virtualaz.org-un məlumatına görə, aprelin 10-da İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayev öz oğlunu həbs etdirərək istintaq orqanlarına təhvil verib.
Məlumata görə, Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində insident baş verib. İnsidentdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev restoranda bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb. Hadisədən sonra generalın oğlu hadisə yerindən uzaqlaşıb.
Şərif Əsədullayev özü oğlunun yerini müəyyən edərək onu saxlayıb və polisə təhvil verib. Və tələb edib ki, oğlunu həbs etsinlər.
11 apreldə məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Eyni zamanda E. Sultanov bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.607264
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, hadisənin baş verdiyi “Senator” restoranı “Azimport” şirkətinin rəhbəri Əli Əsədova məxsusdur. Eyni zamanda məlum olur ki, Şərif Əsədullayev Şeyx Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) onu da bildirir ki, Tamerlan Əsədullayev ötən ilin may ayında da polisləri döyməklə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, may ayının 5-i, gecə saat 04:00-da “Qış parkı”nın yaxınlığında sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb.
Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) məlumatına görə, sonuncu olayda Tamerlan Əsədullayev restoranın mühafizəçisini bıçaqla arxadan vurub.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) müxbiri haqlı olaraq soruşur ki, Tamerlan Əsədullayevin atası baş verənlərə görə məsuliyyət daşıyırmı?
Bu suala hüquq müdafiəçisi Novella Cəfəroğlu belə cavab verdi: “ Mütləq məsuliyyət daşıyır. Və öz oğlunu tərbiyə edə bilməyən general istefa verməlidir.
Biz istintaqın gedişatı ilə maraqlandıq və “ Senator” restoranının yerləşdiyi 26-cı PB-ə zəng elədik. Bölmənin növbətçisi ( adını və soyadını demədi ) bildirdi ki, “Senator”da belə hadisə olmayıb, əgər olsaydı, mən mütləq bilərdim.
Biz “Senator” restoranına da zəng elədik. Dəstəyi qaldıran əməkdaş məlumatı nə təsdiq, nə də inkar edərək, bir azdan zəng vurmağı bildirdi.
Ancaq sonradan dəfələrlə zəng eləsək də danışmaq mümkün olmadı.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

103870 768753 846508 958340

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR