Elnur Aslanovun yaxın “silahdaş”ları-FOTOLAR

1397497049Elnur_ovda_Gebelede-2“Gömrük şefi” ilə qohum olan Fərid Novruzinin ətrafında kimlər var?

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq “Aydın Əliyevlə “NOVCO” Şirkətlər Qrupunu nə birləşdirir? Fərid Novruzi əcnəbi səfirliyə məxsus avtomobildə gəzir” başlıqlı ötən yazımızda “nurçular” təriqətinin Azərbaycanda olan “uzantısı”na nəzər salmışdıq. Yazıda bu təriqətə mənsub olması səbəbindən vəzifəsindən uzaqlaşdırıldığı söylənilən PA-nın sabiq şöbə müdiri Elnur Aslanova yaxınlığı olan biznes şəbəkəsindən bəhs etmişdik.

Son vaxtlar yayılan məlumatlardan aydın olur ki, Elnur Aslanov öz ətrafında xeyli sayda gəncləri, imkanlı şəxsləri, iş adamlarını, biznesmenləri birləşdirib.

Belə şəxslərdən biri də “NOVCO” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzidir. 40-a yaxın brend mağazanın və bir çox şirkətlərin birləşdiyi QRUP-un əməkdaşları arasında xeyli sayda təriqət üzvü var.1397497172BAsh

Qısa araşdırma zamanı bizə məlum oldu ki, Fərid bəy Şirkətlər Qrupunu doğma qardaşı Elsel Novruzi ilə şərik işlədir. Elsel Novruzi isə Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin kürəkənidir.http:

Sonrakı araşdırmamız zamanı məlum oldu ki, Fərid Novruzinin özünün ətrafında böyük bir biznes şəbəkəsi cəmləşib. Bu şəbəkənin əsas üzvlərindən biri Təyar Akubayevdir. Gallery mağazalar şəbəkəsi bu şəxsə məxsusdur. “Park Bulvar”da yerləşən HAPPY LAND uşaq əyləncə mərkəzinin də sahibi Təyar Akubayevdir.

Fərid Novruzinin yaxın ətrafına aid olan imkanlı şəxslərdən biri də Elxan Əsədovdur. Bu şəxs isə AFFA-da məsul vəzifə daşıyır.

Qafqaz Xəbər Agentliyi bildirir ki, Göydəniz Qəhrəmanov da bu şəbəkənin “ünlü sima”larından biridir. Göydəniz bəy “SPEKTR” turizm şirkətinin sahibi və “KOFE shop”-un nümayəndəsidir.

Faiq Qürbətov da bu şəbəkədə özünəməxsus yerə malikdir. Faiq bəy Azərbaycan Gənclər Fondunda məsul vəzifədə çalışır.13974965441

“Lukoyl” şirkətində məsul vəzifədə işləyən Həsən Muradov da Fərid Novruzinin ən yaxın dostlarından biridir. İngiltərədə yaşayan Fərid adlı şəxs də “NOVCO”-nun şəriklərindən biridir. ELSEL internet provayderi də bu şəxsə məxsusdur. Sonda onu bildirək ki, bütün bu şəxslər hamısı bir yerdə Elnur Aslanovun “silahdaş”larıdır.

Şəbəkə ilə bağlı araşdırmamız davam edir.Şəbəkənin əsas simalarından biri Cəlal Balakişiyevlə bağlı ən ilginc məlumatları növbəti yazıda oxuya bilərsiniz.

Bizi izləyin.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

1397496655Elsell_novko_12_il-41 1397497021Farid_novruzi_Genire-5 1397497068Goydeniz_ve_Ferid 1397497092Ferid_novruzi_tedbirde-7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR