Azərbaycan Dünya kubokunda Rusiyaya qalib gəldi

65_kg___toghrul_asgarov_aze_df._sefa_aksoy_tur_by_tf_11_0_0399-13290-920-485-100-wm-right_bottom-100-imageswmpngİranlı güləşçilər yığmamızı darmadağın etdilər.

Los-Ancelesdə sərbəst güləş üzrə Dünya kuboku başa çatıb.

Oxu.Az xəbər verir ki, Türkiyə (7:1) və Belarus (6:2) üzərində qələbədən sonra qrup mərhələsinin həlledici matçında Azərbaycan yığması İran tərəfindən darmadağın edilib.

Yığmamızın heyətində yeganə qələbəni olimpiya çempionu Şərif Şərifov qazanıb.

Qrupda 2-ci yeri tutan Azərbaycan bürünc medallar uğrunda mübarizəyə qoşulub. Burada yığmamız paralel qrupun 2-ci olmuş komandası – Rusiya yığması ilə mübarizə aparıb. Gərgin matç 4:4 hesabı ilə başa çatsa da, Azərbaycan yığması xalların hesabına fəxri 3-cü yeri tutub.

Komandamızın tərkibində Hacı Əliyev (61 kq), Maqomed Müslimov (65 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Maqomedov (125 kq) rusiyalılara qalib gəliblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR